AŞPA və Avropa Parlamenti: Azərbaycanda azad, ədalətli və şəffaf seçki prosesi gedib
AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları 9 oktyabr prezident seçkiləri haqqında ilkin rəylərini açıqlayıb. Onlar hesab edir ki,9 oktyabr seçki prosesi “şəffaf, ədalətli və azad” keçirilib. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlakki qeyd edib ki, seçkiöncəsi və səsvermə günü proseslər sakit keçib. O, Azərbaycan hökumətinin seçkilərə “texniki hazırlığından” məmnunluq ifadə edib. Onun sözlərinə görə, missiyalar seçki məntəqələrində müşahidəçilərə təzyiq halları qeydə almayıblar.