Accessibility links

Milli Şura korrupsioner məmurları və AŞ-nin qonorar alan deputatlarını ifşa edəcək


Cəmil Həsənli: "Avropadan gələn müşahidəçilərə qonararlar ödənilib"
please wait

No media source currently available

0:00 0:00:54 0:00

Cəmil Həsənli: "Avropadan gələn müşahidəçilərə qonararlar ödənilib"

Cəmil Həsənli Avropa Şurasının deputatları ilə “qonorar” danışığı aparan deputatın adını açıqlayıb, Milli Şuranın Əliyev rejiminə qarşı sonadək mübarizə aparacağını deyib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 9 oktyabr prezident seçkiləri üzrə seçki kampaniyasını uğurla keçirib və əslində seçkilərdə qələbə qazanıb. Lakin səsvermənin nəticələri total şəkildə saxtalaşdırılıb və ölkə hakimiyyəti növbəti dəfə Əliyev rejimi tərəfindən qəsb edilib. DQMŞ-nin 24 oktyabr sessiyasında səslənən əsas fikir bundan ibarət olub.

DQMŞ-dən prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Avropa Parlamentinin Azərbaycandakı seçkiləri qeyri-demokratik və beynəlxalq standartlara uyğun olmayan seçkilər kimi qiymətləndirilməsini doğru adlandırıb.

Deputatlarla danışıqları Azərbaycan parlamentinin deputatı Elxan Süleymanov aparıb.
O qeyd edib ki, bir müddət əvvəl AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları “tamahkarlıq məqsədilə, qonorar müqabilində” seçkilərə müsbət qiymət verib. Onun sözlərinə görə, bu deputatlarla danışıqları Azərbaycan parlamentinin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Elxan Süleymanov aparıb.

Bu Avropa deputatları ifşa ediliblər, onların evlərinin önündə etiraz aksiyaları keçiriləcək, deyə Həsənli bildirib.

Cəmil Həsənli: "Milli Şuranı güc mərkəzinə çevirməliyik"
please wait

No media source currently available

0:00 0:00:54 0:00

Müzakirələr zamanı həmçinin DQMŞ-nin saxlanması və daim fəaliyyət göstərən orqana çevrilməsi zərurəti qeyd edilib. DQMŞ qarşısında yeni prezident seçkilərinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, demokratik azadlıqların təmin edilməsi uğrunda mübarizə və korrupsiyaya qarşı mübarizə vəzifələri durur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2008-ci il seçkiləri barədə hesabatında seçki saxtakarlığı 28 faiz, 2010-cu ildə 32 faiz, 2013-cü ildə 58 faiz göstərilir.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2008-ci il seçkiləri barədə hesabatında seçki saxtakarlığı 28 faiz, 2010-cu ildə 32 faiz, 2013-cü ildə 58 faiz göstərilir. Yəni bizim ölkəmizdə seçki saxtakarlığı yüksək artan sürətlə gedir. Bu o deməkdir ki, xalq öz iradəsini azad ifadə etmək haqqından məhrum edilib, hakimiyyət mənimsənilib. 5200 məntəqənin təxminən yarısında total seçki saxtakarlığı ilə bağlı tam müfəssəl məlumatımız var”, o bildirib.

Həsənli qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ardıcıl və fərdi xarakter daşıyacaq. Onun fikrincə, korrupsionerlər konkret əməllərinə görə xalq qarşısında şəxsən ifşa olunmalıdırlar.

Əli Kərimli: Seçkilərin saxtalaşdırıldığını sübut etdik
please wait

No media source currently available

0:00 0:00:54 0:00
“Yüksək vəzifəli şəxslərin ifşası istiqamətində addımlar atmalıyıq. Oğruya oğru, korrupsionerə korrupsioner, monopolistə monopolist deməliyik. Bu baxımdan Milli Şura xalqımızın cazibə mərkəzinə çevrilməlidir. Xalq bunlardan narazıdır, xalq bunlara nifrət edir. Biz xalqı bu bəlaya salanların ünvanlarını göstərməliyik. Xalq özü bunlar haqqında tədbirlər görməlidir. Xalq Milli Şurada birləşməlidir, mütəşəkkil formada bu korrupsioner, oğru və cinayətkar rejimə qarşı mübarizə aparmalıdır”, o qeyd edib.

Yüksək vəzifəli şəxslərin ifşası istiqamətində addımlar atmalıyıq. Oğruya oğru, korrupsionerə korrupsioner, monopolistə monopolist deməliyik.
O, demokratik dəyişikliklər uğrunda başlanmış mübarizənin korrupsiyaya uğramış, despotik və sülalə rejiminin siyasi səhnədən getməsi ilə yekunlaşacağından əminliyini ifadə edib.

Həsənli İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı siyasəti kəskin tənqid edib, “Azərbaycan kosmik dövlətdir” bəyanatını isə məsxərəyə qoyub.

“Milli Şura vahid güc mərkəzinə çevriləcək və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda kəskin mübarizə aparacaq. İlham Əliyev üçüncü dəfədir ki, ölkənin ərazi bütövlüyünü bərpa edəcəyi vədi ilə konstitusiya və qurana and içir. Hakimiyyətdə olduğu 10 ildə Qarabağın 10 sot torpağını işğaldan azad edə bilməyib. Qarabağı azad edə bilməyən hakimiyyətin görəvdə qalmağa haqqı yoxdur”.

Onun fikrincə Azərbaycanın kosmik dövlət olması barədə deyilənlər əsassızdır.

Azərbaycanın kosmik dövlət olması Hacı Kərimin aya səyahət etməsi kimidir.
“İnauqurasiya mərasimində fəxr edilir ki, Azərbaycan kosmik dövlət olub. Azərbaycanın kosmik dövlət olması Hacı Kərimin aya səyahət etməsi kimidir. Amerika şirkətinin düzəltdiyi cihazı Fransız nəqliyyat gəmisinin orbitə çıxarması və orbiti seyr etmək hələ kosmik dövlət olmaq demək deyil. Bu gün Azərbaycan xalqına milyardlar sərf edib bir cihazı fəzada gəzdirmək yox, Qarabağı azad etmək lazımdır”, o qeyd edib.

Sessiya zamanı təşkilati məsələlərə də baxılıb. Belə ki, Lalə Şövkət (Liberal Partiyasının lideri), Asəf Quliyev (AXCP-nin keçmiş sədr müavini), Solmaz Ələsgərova, İlham Hüseyn (AXCP), Mövsüm Səmədov (İslam Partiyasının həbs edilmiş lideri), Elçin Manafov (İslam Partiyasının sədrinin səlahiyyətlərini icra edən) öz istəkləri ilə DQMŞ-dən çıxarılıblar.

Gülnarə Qurbanova və Akif Şahbazov DQMŞ iclaslarına gəlmədiklərinə görə qurumdan çıxarılıblar.

Bununla belə, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin və Liberal Partiyasının üzvlərinin DQMŞ-yə üzvlüyünə son qoyulması məsələsinə baxılması təxirə salınıb.

Lakin Liberal Partiyasının rəhbəri Əvəz Temirxan özü iclasın əvvəlində zalı tərk edib və jurnalistlərə bildirib ki, DQMŞ-dən çıxır.

DQMŞ bu ilin iyununda təsis edilib, təşkilata 131 üzv, o cümlədən ondan çox siyasi məhbus daxil idi. Bundan başqa, bəzi DQMŞ üzvləri, o cümlədən şura sədri Rüstəm İbrahimbəyov xaricdə idi.

Öz növbəsində rəsmi hakimiyyət, prezident Əliyev ölkədə demokratik, azad, ədalətli və şəffaf seçkilər keçirildyini bildirib. Həsənlinin digər ittiham və tənqidləri ilə bağlı isə rəsmi qurumlar və şəxslər hələ fikir bildirməyib.
XS
SM
MD
LG