Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah martın 28-də girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
Bölgədəki hüquq müdafiəçiləri bu barədə sosial mediada məlumat yayıb.
Ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki məlumat veriməyib. Həmçinin onun müvəqqəti azadlığa buraxılması üçün nəzərdə tutulan girovun məbləği barədə də məlumat yoxdur.
SEE ALSO: Milli fəal Ayaz Seyfxahın qardaşları təhlükəsizlik qüvvələri tərəfindən həbs edilibƏhəd Seyfxah ümumilikdə 23 gün təhlükəsizlik qüvvələrinin təcridxanasında və Təbriz həbsxanasında nəzarətdə saxlanılıb.
Təhlükəsizlik qüvvələri martın 6-da onun Təbrizin Kəlankəş kəndindəki evinə basqın edərək, onu həbs etmişdi.
Əhəd Seyfxah Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra martın 25-də Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.