Accessibility links

Şərqi Azərbaycan vilayətində saxlanılan Əhəd Seyfxahın ailəsi 10 gündür ondan xəbərsizdir


Siyasi məhbus Ayaz Seyfxahın qardaşı Əhəd Seyfah təqribən 10 gün əvvəl Təbrizin yaxınlığında yerləşən Kələnkəş kəndində nəzarət altına alındığından bəri ondan xəbər olmadığı bildirilir.

Araz News xəbər saytı onun yaxınlarına istinadən yazıb ki, “10 gün öncə həbs olunandan bəri Əhəd Seyfxahdan xəbər yoxdur. Ailəsi dəfələrlə məhkəmə rəsmiləri və Təbrizdəki prokurorluq ofisinə müraciət edib ancaq heç bir nəticə almayıb.”

Əhəd Seyfxahın qardaşı Ayaz fevral ayının 5-də nəzarət altına alınıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, saxlanıldıqdan sonra Tehranın Evin həbsxanasına göndərilən Ayaz Seyfxah bir müddət kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməsində sorğu-sual edildikdən sonra həbsxananın ümumi bölməsinə köçürülüb.

Ayaz Seyfxah, siyasi məhbus (Mənbə: Araz News Telegram kanalı)
Ayaz Seyfxah, siyasi məhbus (Mənbə: Araz News Telegram kanalı)

Araz News saytının məlumatına görə, “təhlükəsizlik qüvvələri mart ayının 6-da Ayaz Seyfxahın mobil telefonunu müsadirə etmək üçün Kələnkəş kəndinə gediblər. Ancaq, onun qardaşları Əhəd və Cəfəri də tutublar. Cəfər ertəsi gün sərbəst buraxılıb, ancaq Əhədin həbs edildikdən bəri ailəsi ilə heç bir təması olmayıb.”

Fevral ayının 5, 6 və 7-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Ayaz Seyfxah, Səid Minayi, Murtəza Pərvin, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Vədud Əsədi, bdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar. Saxlanılan fəalların çoxu daha sonra ailələrinə zəng edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Bəzi fəallar keçən həftələrdə mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Forum

XS
SM
MD
LG