Prezidentliyə namizəd, hazırkı prezident İlham Əliyevin ilkin seçki büdcəsi 250 000 manat təşkil edir.
Bu barədə Mərkəzi Seçki Komiossiyasının rəsmi internet saytında yayılmış məlumatda deyilir.
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərabyacan prezident seçkilərində prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının seçki fondunun gəlir və xərcləri barədə ilkin maliyyə hesabatında deyilir ki, prezidentliyə namizədi irəli sürən siyasi partiyanın gəlirləri cəmi 250 000 manatdır.
Hesabatda prezidentliyə namizədin xüsusi vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianəsi və xərclər bəndləri boş saxlanılıb.
Xatırladaq ki, İlham Əliyev ölkənin ali postuna 17 iddiaçı arasında öz seçkiqabağı kampaniyasının büdcəsini açıqlayan yeganə namizəddir.