Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti Yeravana səfər edəcək.
Bu barədə TASS agentliyi diplomatik mənbələrə əsasən məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün oktyabrın 6-da Yeravana səfər edəcək”, məlumatda deyilir.
Bununla ynaşı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Yerəvana səfəri barədə məlumata malik deyil.
Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, Rusiya sühməramlı kontingentinin bundan sonra Qarabağda qalmasının məntiqi əsası yoxdur.
Your browser doesn’t support HTML5
“Rusiyanın sülhməramlı kontingentinin iki missisyası var. Birinci sülhyaratmaqdır, ikinci monitorinq aparılmasıdır. Sülhməramlılar təmas xəttində durub təhlükəsizliyi təmin edirdi. İndi Qarabağda təmas xətti yoxdur. Təhlükəsizliyi isə Azərbaycan polisi tam həyata keçirir. Amma, ola bilsin ki, monitorinq missiyasının bəzi funksiyaları qalacaq”.
Zülfüqarov bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, gərginliyə yol vermədən, yəni Rusiya tərəfinin razılığı ilə sülhmərarmlı missiya Azərbaycanı tərk etsin.
“İstisna etmirəm ki, artıq Azərbaycan və Rusiya bununla bağlı danışıqlar aparır. Çünki, bu missiyanın qalması üçün bir məntiq yoxdur”, keçmiş xarici işlər naziri Amerikanın Səsinə bildirib.
Amma o hesab edir ki, Ermənistanda sülhməramlılarla bağlı müzakirələr üçün daha geniş mövzular var.
“Həm Rusiya, həm də Ermənistan istəyir ki, sərhəddə, yəni Ermənistan tərəfdə hansısa müşahidə missiyası yerləşsin. Çünki Ermənistan çoxdan istəyir ki, sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvəsi yerləşdirilsin. Indi isə Rusiya sülhməramlılarından söhbət gedir. Amma indiki mərhələdə ermənilərin Rusiyaya etibarı çox aşağı səviyyədədir. Bəlkə də indiki mərhələdə buna razılıq verilməyəcək. Əgər buna razılıq verilsə Ermənistanın qərbyönümlü siyasətinə son qoyulacaq”, keçmiş nazir belə düşünür.
O deyib ki, de-fakto Ermənistanın Azərbaycanla sərhədlərində və Zəngəzur bölgəsində Avropa İttifaqının mülki missiyası müşahidə aparır.
“Eyni zamnada 2020-ci ilin 10 noyabr bəyannaməsindən sonra Azərbaycanla Ermənistanın şərti sərhədində rus sərhədçiləri var. Bu şərti sərhəd boyunca Rusiya missiyasına bəlkə də tələblər mövcuddur. Amma, bu zaman Ermənistan tələb edəcək ki, oradakı qüvvələrin konkret mandatı olmalıdır və vəzifələrinin nədən ibarət olması müəyyənləşməlidir”, Zülfüqarov deyib.