Accessibility links

İlham Əliyevin Nikol Paşinyanla Qranadada keçiriləcək sülh danışıqlarında iştirakdan imtina etdiyi bildirilir


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Azərbaycanın iqtidara yaxın mediasının yazdığına görə, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina edib.

Sammit zamanı Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının keçirilməsi planlaşdırılırdı. Görüşdə Azərbaycan və Ermənistan liderləri ilə yanaşı Avropa Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun da iştirakı nəzərdə tutulurdu.

Bu barədə hələ rəsmi açıqlama olmasa da, yerli mətbuatın bildirdiyinə görə, rəsmi Bakının Qranadada keçirilməsi planlaşdırılan beştərəfli sülh danışıqlarından imtinasına səbəb Azərbaycanın görüşdə Türkiyənin təmsil olunmasını istəməsi, amma Fransa və Almaniyanın buna etiraz etməsi olub.

Əlavə edilir ki, rəsmi Bakı Şarl Mişelin bəyanatlardan narazılığını ifadə edib və Fransa rəsmilərinin verdiyi açıqlamaları, o cümlədən Fransanın Ermənistanla silah tədarürükü qərarını “ermənipərəst bəyanatlar” hesab edir.

Yerli medianın bildirdiyinə görə, Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə istənilən gələcək danışıqlarda iştirak etməyəcəyini, lakin Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək üçtərəfli görüşlərə açıq olduğunu bildirib.

Ermənistan baş naziri Nikol Paşinyan Qranadada planlaşdırılan görüşün baş tutmayacağını təsdiqləyib. Armenpress xəbər saytının yazdığına görə, baş nazir görüşün təxirə salınmasından məyus olduğunu bildirib və görüş zamanı əhəmiyyətli sənədin imzalanması ehtimalı olduğunu qeyd edib.

Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.
Qarabağ erməniləri üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar yardımını daşıyan yük avtomobili.

Rusiya, ABŞ və Avropa İttifaqı Qarabağla bağlı “gizli görüş” keçiriblər

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 4-də bildirib ki, Rusiya Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə birlikdə Qarabağla bağlı görüşdə iştirak edib. Bu görüşün keçən ay Azərbaycanın Qarabağda keçirdiyi 24 saatlıq hərbi əməliyyatdan öncə baş tutduğu bildirilir.

Daha öncə bu görüş haqda ABŞ-ın Politico nəşri məlumat verib. “Gizli görüş”ün sentyabrın 17-də İstanbulda keçirildiyini bildirən nəşr əlavə edir ki, görüşdə ABŞ-ı Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi Luis Bono, Avropa İttifaqını Toivo Klaar və Rusiyanı İqor Xovayev təmsil edib.

Görüş haqda məlumatı olan diplomata istinadən Politico-nun yazdığına görə, görüşdə “9 aylıq blokadanın aradan qaldırılması üçün Azərbaycana təzyiq səyləri” və Ermənistandan göndərilən humanitar yüklərin Qarabağın erməni sakinlərinə çatdırılması müzakirə edilib.

Politico nəşri 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayan Rusiya ilə Qərb dövlətlərinin bu cür danışıqları nadir bir hal olduğunu vurğulayır.

Fransanın xarici işlər naziri Katerin Kolonna ermənistanlı həmkarı Ararat Mirzoyan ilə.
Fransanın xarici işlər naziri Katerin Kolonna ermənistanlı həmkarı Ararat Mirzoyan ilə.

Azərbaycan Fransa rəsminin Ermənistanla silah tədarükü ilə bağlı dediklərinə reaksiya verib

Rəsmi Bakı Fransanın xarici işlər naziri Ketrin Kolonanın Yerevana səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna Yerevanda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransı zamanı deyib ki, Fransa Ermənistana hərbi texnika vermək üçün saziş imzalamağa razıdır.

"Fransa gələcəkdə Ermənistana özünü müdafiə etməkdən ötrü hərbi texnika verməyi nəzərdə tutan saziş imzalamağa razılaşıb. Aydındır ki, hazırda bu məsələ üzərində detallı dayana bilmərəm", nazir Kolonna vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına isə deyilir ki, Fransanın Ermənistanı silahlandırmağa çalışması qəbuledilməzdir.

"Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır", bəyanatda qeyd olunub.

Fransa hərbi sənayesinə görə Avropa Birliyində aparıcı dövlətlərdəndir. Ölkə artilleriya silahları, raketlər, təyyarələr, gəmilər və onların komponentlərini istehsal edir.

Sarqis Qalstyanın Xankəndinin komendantı təyin edildiyi iddia olunur

Sarqis Qalstyan
Sarqis Qalstyan

Azərbaycan mətbuatı yazır ki, daha öncə Qarabağdakı separatçı qurumda məsul şəxs olmuş Sarqis Qalstyan Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Xankəndinin komendantı təyin edilibş

Qalstyanın bundan əvvəl tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın Təhsil Nazirliyin aparat rəhbərinin müavini olduğunu bildirilir.

Rəsmi mənbələr bu xəbəri hələlik nə təsdiq, nə də təkzib edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG