Avqustun 16-da Təbrizin Səhənd stadionunda keçirilən Traktor - Persepolis matçında, Traktor komandasının azarkeşləri Urmiyə gölü, ana dilində təhsil və İranda türklərin haqlarını tələb edən başqa siyasi və ictimai şüarlar səsləndiriblər.
Təbrizdə 70,000 tamaşaçı tutumu olan Səhənd stadionu tamamilə dolan bu İran Premyer Liqasının yeni mövsümündə keçirilən ikinci matçında Persepolis futbol komandası Traktor komandasına 1-0 qalib gəlib.
Traktor futbol komandası, azarkeşlərinin yüksək dəstəyi Asiyanın ən populyar komandası seçilmiş və İranda türk icması arasında populyarlığı ilə tanınır.
Bu oyunda Traktor komandasının azarkeşlərinin stadionun girişlərindəki yaratdığı izdihamdan dolayı matç 15 dəqiqə gecikmə ilə başlayıb.
Sosial medida paylaşılan videogörüntülərə görə, azarkeşlər Urmiyə gölünün vəziyyətinə görə plakatlar nümayiş etdirib və müxtəlif şüarlar səsləndiriblər.
Traktor azarkeşləri tərəfindən stadionda nümayiş etdirilən bir plakatda, türk dilində yazılmış "Urmu gölü bir millətin ölüm qalım məsələsidir" şüarı dərc edildib. Ümumiyyətlə gənclərdən ibarət olan stadionda toplaşan azarkeşlər dəfələrlə "Urmu gölü can verir, İran onun qətlinə fərman verir" şüarını səsləndiriblər.
Traktor oyununda stadionda azarkeşlər Urmiyə gölünün vəziyyəti ilə bağlı səsləndirdiyi şüarlarla yanaşı, "Azadlıq, ədalət, milli hökumət" şüarını da dəfələrlə səsləndiriblər.
SEE ALSO: Təbrizdə Traktor oyununda “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilibTraktor komandası sadəcə İran Azərbaycanında deyil, ölkənin digər türk dilli bölgələrində də populyar komandadır. Azərbaycan türkləri Traktor komandasının oyunlarından ana dilində təhsil almaq və digər hüquqlarını tələb etmək məqsədilə şüarlar səsləndirib və yaxud plakatlar nümayiş etdirərək İran Azərbaycanında insan haqları pozuntularına etiraz ediblər.
Stadionlarda siyasi və ictimai şüarlar səsləndirdikləri və plakatlar nümayiş etdirdikləri üçün təhlükəsizlik qüvvələri komandanın azarkeşlərini bir çox dəfə həbs edib. Bu matçda da üç azarkeşin həbs edildiyi barədə xəbərlər yayılıb.
İranda Traktor futbol komandasının oyun zamanı etirazları siyasi futbol nümunələrindən biri kimi qiymətləndirilir. Traktor komandası tərəfdarları futbol matçlarında siyasi mesajlar çatdırmaq və sosial məsələlərlə bağlı maarifləndirmə məqsədilə tez-tez etiraz aksiyaları keçirir.