Accessibility links

Qadınlar Təbrizdə futbol stadionuna buraxılmayıb


Traktor
Traktor

Şərqi Azərbaycan vilayətinin futbol heyəti Təbrizin Səhənd stadionunda Traktor və Perspolis komandaları arasında keçiriləcək matçda qadın azarkeşlərin iştirak etməsinə icazə verilmədiyini bildirib.

Vilayətin futbol heyəti yaydığı bildirişdə qadın azarkeşlərin iştirakı üçün lazımi şəraitin və infrastrukturun təmin edilmədiyini açıqlayıb.

Şərqi Azərbaycan vilayətinin futbol şurasının lazımi şərait və infrastrukturun hazırlanmadığı iddiasına baxmayraq, Səhənd stadionunun direktoru Nasir Huşyar keçən il stadionun qadın azarkeşləri ağırlamağa şəraitin olduğunu bildirimişdi.

O, ötən ilin avqustunda rəsmi xəbər agentliyi İRNA-ya, stadiona qadın azarkeşlərinin də daxil olması üçün şərtlərin əlverişli olduğunu və icazə verildiyi təqdirdə qadınlar bu stadionda futbol matçlarına baxa biləcəyini bildirimişdi.

Traktor Klubu da açıqlamasında qadınların iştirakının növbəti oyunlarda təxirə salındığı qeyd olunub.

Tehranın Prepolis komandası ilə keçiriləcək oyunda qadınların Təbrizdə stadiona buraxılması ilə bağlı bəzi şayiələr və qeyri-rəsmi xəbərlər yayılmışdı.

İran 40 il ərzində qadınların futbol stadionlarına girişini qadağan etmişdi, 2019-cu il oktyabrın 10-da İran və Kamboca milli komandaları arasında keçirilən oyunda ilk dəfə qadınların Tehranın Azadi stadionuna daxil olmasına icazə verildi.

Forum

XS
SM
MD
LG