Təbrizin Kəşfiyyat İdarəsi siyasi fəal Rəhman Azərmiradı çağıraraq sorğu-suala çəkib.
Dindirmə bir neçə saat müddətində həmin idarənin təcridxanasında keçirilib.
Bir neçə saatlıq sorğu-sualdan sonra, Rəhman Azərmirad dindirilmənin başa çatması ilə şəxsiyyət vəsiqəsi müsadirə edilərək sərbəst buraxılıb.
Rəhman Azərmirad digər fəallarla birlikdə keçən iyulun 30-da Təbrizdəki Şairlər Məqbərəsinin yanında Urmiyə gölünün vəziyyəti ilə bağlı ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə plakat nümayiş etdirmişdilər.
Həmin fəallar tərəfindən açılan plakatda türk dilində "Urmu gölü susuzdur" və fars dilində isə "Urmiyə gölü canlandırılmalıdır, bunun separatizmlə heç bir əlaqəsi yoxdur, milyonlarla günahsız insanın həyatı təhlükədədir." kimi cümlələr qeyd edilmişdi.
Son həftələrdə İran Azərbaycanında ətraf mühit fəalları ilə yanaşı siyasi-mədəni fəallar Urmiyə gölünün pisləşən vəziyyəti ilə bağlı maarifəndirmə faliyyətlərini artırıblar.