Təbriz Tibb Elmləri Universitetinin tələbələri məktəbli qızların kütləvi zəhərlənməsinə etiraz etdikdən sonra onlardan ən azı 16 nəfərinin təhsil almasına qadağa qoyulduğu bildirilir.
Bu barədə Təbriz Tibb Elmləri Universitetinin tələbələrinə bağlı sosial media səhifələri və insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Bu xəbərə görə, Təbrizin ən azı 16 tibb fakültəsi tələbəsi iğtişaş və xaos törətmək və yaxud iştirak etmək ittihamı ilə universitetin intizam komitəsinin şurasının qərarı ilə bir və ya iki semestr təhsildən uzaqlaşdırılıb.
Universitetin intizam komitəsinin qərarı ilə 6 tələbənin iki semestr, 10 tələbənin isə bir semestr təhsil alması qadağan edilib. Həmçinin bu universitetin daha 10 tələbəsi barədə qərar qəbul edilməsi üçün dosyeləri Səhiyyə Nazirliyinin İntizam Komitəsinin Mərkəzi Şurasına göndərilib.
SEE ALSO: Təbriz Tibb Elmləri Universitetinin 40 tələbəsi intizam komitəsinə çağırılıbBu universitetin intizam komitəsinin tələbələrin təhsildən uzaqlaşdırılması ilə bağlı qərarı, universitet tələbələrinin keçən martın 7-də universitet şəhərciyində ölkə miqyasında məktəbli qızların kütləvi şəkildə zəhərlənməsinə etiraz olaraq piket keçirməsi ilə əlaqədar oluğu bildirilir.
Təbriz Tibb Univeristetinin müxtəlif fakultələrinin tələbələri Mehran Süleymani, Erfan Rəbii, Sina Tovhidi, Əli İsapur, Şəhin Dəbestani, Piruz Rəhmanzadə müvəqqəti olaraq ali təhsildən məhrum olan tələbələr arasındadır.
SEE ALSO: Təbrizdə Tibb Elmləri Univerisitetinin tələbələri piket keçiribTəbriz Tibb Elmləri Universitetinin tələbələri son aylarda ölkədə həbs edilən etirazçıların edam edilməsinə, tələbələrin kütləvi şəkildə zəhərlənməsinə, küçələrə çıxan etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə repressiyaya məruz qalmasına etiraz olaraq hökumətə qarşı dəfələrlə piket keçirib.