Accessibility links

Təbriz Tibb Elmləri Universitetinin tələbələri 'edama yox' aksiyası keçirib


Təbriz Tibb Elmləri Universiteti tələbələrinin etiraz aksiyası
Təbriz Tibb Elmləri Universiteti tələbələrinin etiraz aksiyası

Dekabrın 13-də Təbriz Tibb Elmləri Universitetinin bir qrup tələbəsi etirazçılara sərt repressiya tətbiq və həbs olunan bəzi nümayişçilərin edam edilməsinə etiraz olaraq mitinq keçirib. Tələbələrin bu mitinqi tam sükutla keçib.

Bu barədə Təbriz Tibb Elmləri Universitetinin tələbələrinin Telegram kanalı məlumat yayıb.

Bu aksiyada iştirak edən tələbələr əllərində plakatlar və simvolik kəndirlərlə universitet şəhərciyinə toplaşıb, bir neçə tələbə isə Möhsün Şekari və Məcidrza Rəhnəvərdin edam hökmünü və digər hökmləri simvolizə etmək üçün boyunlarına kəndir bağlayaraq, İran hökumətinin müxaliflərinə edam cəzası tətbiq etməsinə etiraz ediblər.

Mitinqin sonunda bu universitetin etirazçı tələbələri universitet şəhərciyinin gölməçəsinə kəndir və plakatlar yığaraq qan rəmzi olaraq üzərinə qırmızı boya atıb.

Təbrizdə tələbələrin Etirazçılara edam cəzasının tətbiq edilməsinə simvolik etirazı
Təbrizdə tələbələrin Etirazçılara edam cəzasının tətbiq edilməsinə simvolik etirazı

"Edama yox", "Gəl azadlığımı iplərə dola Kəpənəkliyim görməli olacaq", "Biz göyərdik külümüzdən, meşə yaranacaq bizdən", İllərcə axıb qan su yerinə, düşürük saralan yapraqlar kimi, bu ölkədə ağaclar dar ağacıdır" yazılı türkcə plakatlar həmin etirazçı tələbələr tərəfindən qaldırılıb.

Təbrizdə bu etiraz mitinqində iştirak edən tələbələrin qaldırdığı plakatlarının birində 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin süqutu ilə nəticələnən Pəhləvi rejiminin Azərbaycana hücumu da məhkum edilib.

İran hökuməti indiyədək ölkədə baş qaldıran kütləvi etirazlar zamanı həbs edilən iki vətəndaşın edam hökmünü icra edib. Həmçinin etiraz aksiyalarında həbs olunan bir sıra digər şəxslər də edam cəzasına məhkum edilib.

İnsan haqları təşkilatları həbs edilən bu şəxslərətəhlükəsizlik qüvvələrin nəzarətində ikən ağır işgəncələr verildiyini, bu vətəndaşların vəkilə çatım hüuqundan məhrum edildiyini və oxunması üçün dosyelərinin vəkillərə imkan verilmədiyi barədə məlumat verib.

İndiyədək edam edilən iki İran vətəndaşı "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə edam cəzasına məhkum edilib. Müşahidəçilər İranda etiraz aksiyaları zamanı həbs olunanlar üçün eyni və ya benzər ittihamlarla suçlanaraq ölüm hökmlərinə məhkum edilmə ehtimalından narahat olduqlarını bildirirlər.

XS
SM
MD
LG