Accessibility links

Təbriz Tibb Elmləri Universitetinin 40 tələbəsi intizam komitəsinə çağırılıb


Təbriz Tibb Universiteti
Təbriz Tibb Universiteti

Təbriz Tibb Elmləri Universitetinin tələbələrinin martın 7-də ölkə məktəblərində şagirdlərin zəhərlənməsinə etiraz aksıyası keçirdiyindən sonra universitetin 40 tələbəsi intizam komitəsinə çağırılıb.

Bu haqda məlumatı Təbriz Tibb Elmləri Universitetinin İslam Assosiasiyasının Telegram kanalı və ölkənin tələbə fəalları ilə bağlı digər kanallar, o cümlədən ölkənin Tələbələr Birliyi Şurası yayıb.

HRA agentliyi bu barədə yayımladığı xəbərdə, çağırılan 40 tələbənin kimliyinin məlum olmadığını bildirib.

Təbriz Tibb Elmləri Universiteti tələbələrinin Telegram kanalında dərc olunan mətndə "Olduqca təəccüblüdür, tələbə bütün hakimiyyət rəsmiləri və hətta Mərcəyi-təqlidlərin belə qınadığı və cinayət hesab etdiyi bir məsələyə etiraz etdiyi üçün niyə sorğu-sual edilməlidir?" deyə sual verilib.

Universitet tələbələrinin yayımladığı hesabatda qeyd edilib ki, "ölkənin problemlərinin həlli təhlükəsizlik və repressiv yanaşmalar deyil, həqiqətən azad atmosferdə dialoq aparmaqdır".

Universitetin çox sayda tələbəsi martın 7-də müəllimlərin etiraz mitinqi ilə eyni vatda ölkənin bir çox şəhərində qız məktəblərində kimyəvi maddə ilə şübhələnilən zəhərlənməyə etiraz olaraq piket keçirmişdilər.

İranın Daxili İşlər Nazirliyi martın 11-də ölkədə qız məktəblərində kütləvi zəhərlənmə hadislərəi ilə əlaqədar yayımladığı dördüncü bəyanatda İran Azərbaycanı da daxil olmaqla fərqli vilayətlərdə 100-dən çox şəxsin həbs edildiyini bildirib.

Bəyanatda həbs olunan 100-dən çox şəxsin instintaq işi və hansı qruplaşmaya bağlı olduğunun araşdırıldığı qeyd olunub.

XS
SM
MD
LG