Martın 7-də Təbriz Tibb Elmləri Universitetinin tələbələri İranda qız məktəblərində şagirdlərin zəhərlənməsinə etiraz olaraq piket keçiriblər.
Universitetin çox sayda tələbəsi ölkənin bir çox şəhərində qız məktəblərində kimyəvi maddə ilə şübhələnilən zəhərlənməyə etiraz olaraq piket keçirmək üçün universitet şəhərciyində toplaşıb.
Tələbələrin etiraz aksiyasında fars dilində "Nəfəs yolu kəsilir, hərəkət davam edir" şüarı səsləndirdikləri bildirilir.
Həmin gün şagirdlərin valideynləri və müəllimlər İranın müxtəlif şəhərlərində Təhsil İdarəsinin qarşısına toplaşaraq, məktəblərdə şagirdlərin zəhərlənmə hallarının geniş şəkildə yayılması və müəllimlərin ağır həyat şəraitinə etiraz ediblər.
Təbriz Tibb Elmləri Universitetinin tələbələri məktəbli qızlara dəstək olaraq universitet şəhərciyində etiraz aksiyası keçirib, şüarlar səsləndirib və etiraz yürüşü keçiriblər.
İranda qız məktəblərində zəhərlənmələr son üç ayda davam edir və son günlər zəhərlənmə hallarının artdığı bildirilir.
Ölkədə qızların təhsil aldığı məktəblərdə iddia edildiyi kimi zəhərli hallarının başlamasından bir neçə ay keçməsinə baxmayaraq, hökumət və təhlükəsizlik qurumları tərəfindən bu hücumların səbəbkarlarının müəyyən edilməməsi cəmiyyətdə hökumətə qarşı qəzəb və inamsızlığın daha da artmasına səbəb olub.