Accessibility links

Ərdəbildə 7 qız məktəbinin şagirdləri zəhərlənib


Son günlərdə İranda şagird qızların ardıcıl zəhərlənmə xəbərləri dərc olunurkən, bu gün mart ayının 1-də bu hadisə İran Azərbaycanında baş verib, 7 qız məktəbində 200-dən çox şagird qız zəhərlənib.

Ərdəbil valiliyinin Təhlükəsizlik və Asayişin Mühafizəsi rəhbəri Əli Məhbubipur Mehr xəbər agentliyinə bildirib ki, Ərdəbildə 7 qız məktəbində ümumilikdə 202 şagird zəhərlənib.

Lakin Ərdəbil Tibb Elmləri Universitetinin prezidenti doktor Əli Məhəmmədiyan Ərdi İRNA ilə söhbətində zəhərlənən qızların sayının 108 olduğunu deyib. O, zəhərlənən şagirdlərin tənəffüs vəziyyətinin yaxşılaşmaqda olduğunu bildirib.

Ərdəbil vilayətin təhlükəsizlik üzrə məsulu Məhbubipur bu zəhərlənmənin mənbəyini "yayılan zəhər" olduğunu deyib. Ancaq həmin zəhərin nə olduğunu və məktəbdə necə yayıldığı haqda məlumat verməyib.

Ümumiyyətlə xəstəxanaya yatırılan zəhərlənmiş şagirdlərdə ürəkbulanma, baş ağrısı, öskürək, nəfəs darlığı, əllərində və ya ayaqlarında uyuşma və boğaz yanması kimi simptomlar müşahidə olunur.

Zəhərlənənşagirdlərinin təbii qaz iyinə bənzər qoxu aldıqlarını deyiblər ki, bu da zəhərlənmə hallarının məktəblərdə qazın yayılması vasitəsilə baş verdiyi ehtimalını artırır.

Bu gün Tehranda da bir neçə qız məktəbində şagirdlər zəhərlənib.

Mehbubipur əyalətinin təhlükəsizlik rəsmisi, həmçinin əhali arasında qız məktəblərində zəhərlənmə hallarını "rejimin qızların təhsilinə qarşı hərəkəti" kimi göstərilməyə çalışılan bəzi "şayiələrin yayıldığını" bildirib bunun əsassız olduğunu irəli sürüb.

Məhəmməd Tağı Fazel Meybodi adlı din xadimi "Şərq" qəzeti ilə söhbətində ölkədə tələbə qızların bu şəkildə zəhərlənməsinin arxasında "minillikçilik" ideyalara inanan ekstremist qruplaşmanın dayandığını iddia edib. Din xadimi adını açıqlamayan bir sosioloqa istinadən həmin qəzetə bu hadisələrin Qum və İsfahan şəhərlərindən yönəldildiyini bildirib.

Meybodinin dediyinə görə, Millikçilik ideyalarına inanan bu ekstrimist qruplaşmanın qızların ən çox üçüncü sinifə qədər təhsil ala biləcəyini qəbul edir. O, həmçinin bu "məzhəbi və anti-modern" olaraq şərh etdiyi qruplaşmanın hədəfinin qızların təhsilinin qarşısını almaq olduğunu iddia edib.

Həmin din xadimi hökumətin bu məsələni araşdırıb xalqa açıqlamadığını da tənqid edib.

Bəzi sosial mediada istifadəçiləri deyirlər ki, niyə İslam Respublikası ölkədə geniş yayılmış bu zəhərlənmələri törədənləri həbs edib üzə çıxarmır.

Bununla bağlı "İslam Respublikası" qəzetində yayımlanan "Siyasi zəhərlənmə!" başlıqlı baş məqalədə "təhlükəsizlik baxışının hər şeyə hakim olduğu və xəbərlərin, məlumatların xalqa çatdırılmadığı, ölkədə tələbə qızların zəhərlənməsinin də xalqa açıq-aşkar çatdırılmayan işlərdən olduğu" irəli sürülüb.

Hələ ki, İran hakimiyyəti ölkədə geniş miqyasda qız məktəblərində şagirdlərin zəhərlənməsi barədə açıqlama verməyib, lakin Fars xəbər agentliyi 3 nəfərin bu mövzu ilə əlaqədar keçən gün həbs edildiyini bildirib.

XS
SM
MD
LG