Accessibility links

Ərdəbil vilayətində daha 48 məktəb şagirdi zəhərlənib


Ərdəbil şəhərində 200-dən çox tələbənin zəhərlənməsindən sonra vilayətin şimalındakı Aslanduz şəhərində də 48 şagird zəhərlənib.

Bununla bağlı Ərdəbil valiliyinin Təhlükəsizlik və Asayişin Mühafizəsi üzrə baş direktoru Əli Məhbubipur İLNA xəbər agentliyinə martın 2-də səhər saatlarında Aslanduz şəhərində bir qız məktəbinin şagirdlərinin zəhərlənməsi barədə məlumat aldığını bildirib.

Vilayətin bu təhlükəsizlik rəsmisinin sözlərinə görə, məktəbin şagirdləri və işçiləri xoşagəlməz qoxunu hiss etdikdən sonra boğazda yanma hissi və halsızlıq əlamətləri ilə üzləşiblər.

O, zəhərli qazdan xəstələnən tələbələrin sağaldığını bildirib.

Məhbubipurun sözlərinə görə, tələbələrin "əksəriyyəti" sağalaraq xəstəxanadan buraxılıb. O, şagirdləri və məktəb işçilərini zəhərləyən zəhərli qazın növü barədə məlumat verməyib. Lakin İran parlamentinin Təhsil, Araşdırma və Texnologiya Komissiyasının sədri və eyni zamanda Təbriz millət vəkili olan Əlirza Monadi zəhərləyicidə qazda N2 qazının aşkarlandığını bildirib.

Monadi Səhiyyə Nazirliyinin "30 mütəxəssisinin araşdırması" ilə çıxan hesabatına istinadən bildirib ki, qız məktəblərinə buraxılan zəhərin dozası "çox az" olub, bədəndə qısa müddətdə yox olduğuna görə habelə "qarışıq" xassəsindən dolayı həmin maddəni "müəyyən etmək çətindir."

Bundan əvvəl vilayətin mərkəzi Ərdəbildə azı 7 məktəbdə 200-dən çox şagird zəhərli qazdan zəhərlənib.

Ərdəbil təhlükəsizlik orqanları hələlik bu vilayətdəki qız məktəblərinə edilən bu hücumlarla əlaqədar şəxslərin tutulması və ya şəxsiyyətlərinin müəyyən edilməsi barədə açıqlama verməyib. Amma bu yaxınlarda İsfahan vilayətinin şəhərlərindən biri olan Şahinşəhr qubernatoru qız məktəblərinə zəhərli qazın buraxılması ilə bağlı bir nəfərin həbs olunduğunu açıqlayıb.

Ölkədə qız məktəblərinə zəhərli qazla basqınların başlamasından bir ay keçməsinə baxmayaraq, ölkə rəsmiləri hələ də bu hücumların səbəbkarları ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG