Accessibility links

İran prezidenti məktəbli qızların xəstələnməsi ilə bağlı araşdırmaya göstəriş verib


İran prezidenti İbrahim Rəisi
İran prezidenti İbrahim Rəisi

Bəzilərinin xəstəliklərin polis nəzarətində olarkən gənc qadının ölümü ilə nəticələnən hökumət əleyhinə etirazlarda iştirak edən tələbə və qadınlara qarşı qisas olduğunu iddia etdiyi bir vaxt İran prezidenti İbrahim Rəisi ölkədəki qız məktəblərində baş qaldıran xəstəliklər dalğası ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Martın 1-də Nazirlər Kabinetinin iclasında çıxış edən Rəisi noyabrdan bəri yüzlərlə qızın məktəblərdə xəstələndiyi barədə xəbərlərdən sonra istintaqa rəhbərlik etməyi daxili işlər naziri Əbdolreza Rəhmani Fəzliyə həvalə edib.

AzadlıqRadiosunun Fərda bölməsinin xəbər verdiyinə görə, martın 1-də azı 26 məktəb böhrana məruz qalıb.

İlk hadisə noyabr ayında Qum şəhərində 18 məktəbli qızın ürəkbulanma, baş ağrısı, öskürək, tənəffüs çətinliyi, ürək döyüntüsü, əllərində uyuşma və ağrı kimi simptomlardan şikayətlənərək, xəstəxanaya aparılması ilə başlayıb.

Xəstələnənlərdən bəziləri xlor və ya təmizləyici maddələrin iyisini, digərləri isə havada naringi qoxusunu hiss etdiklərini demələrinə Baxmayaraq, Xəstəliyun səbəbi hələ məlum deyil.

"Bəzi məktəblərdə bir sıra şagirdlərin zəhərlənməsi ilə bağlı yaranmış narahatlıqlara toxunaraq, [prezident] araşdırmaq və mümkün qədər tez bir zamanda kökündən həll etmək, eləcə də nəticələri haqqında sənədləşdirilmiş və davamlı məlumat missiyasını daxili işlər nazirinə tapşırıb" - deyə, prezident ofisi Nazirlər Kabinetinin iclasından sonra verdiyi bəyanatda bildirib.

Bir çox iranlı rəsmiləri xəstəliyin səbəbinin tapılmamaqda və yeni halların qarşısını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edib. Bəzi qəzəbli valideynlər övladlarını məktəbə göndərməkdən imtina edib.

Bu həftənin əvvəlində İranın sünni müsəlmanlarının ruhani lideri sayılan Moləvi Əbdülhəmid deyib ki, məktəbli qızlar hökumətə qarşı son etirazlar zamanı gənc qadılnların oynadığı rola görə "intiqam almaq" üçün zəhərlənir.

Paytaxt Tehrandan təxminən 137 km cənubda yerləşən Qum şəhərindən bir müəllim AzadlıqRadiosunun Fərda bölməsinə bildirib ki, dərslərə 250 şagirddən yalnız 50-si gəlib.

XS
SM
MD
LG