Accessibility links

Xameneyi məktəbli qızlar arasında şübhələnilən zəhərlənməni "bağışlanmayan cinayət" adlandırıb


İranın ali dini lideri Ayətulla Əli Xameneyi
İranın ali dini lideri Ayətulla Əli Xameneyi

İranın ali dini lideri Ayətulla Əli Xameneyi son dörd ayda ölkə boyu yüzlərlə məktəbli qızın tutulduğu xəstəlik dalğasını "əfv edilməyən cinayət" adlandırıb və bu işdə əli olanların "ağır şəkildə cəzalandırılacağına" söz verib.

Səbəbi məlum olmayan xəstəliklə əlaqədar bir çox gənc qadın və qız xəstəxanaya yerləşdirilib. Bu, həmçinin valideynlər və ictimaiyyət tərəfindən qadın hüquqları və qanunun aliliyi tələbilə keçirilən etirazlar və bunun ardınca repressiyaların yaratdığı gərginlik fonunda hakimiyyətin xəstəliklərin səbəbini müəyyən edə bilməməsi ilə bağlı qəzəbinə səbəb olub.

Reuters xəbər agentliyinin məlumatına görə, dövlət mediası martın 6-da Xameneyinin vəziyyətlə bağlı indiyə qədər verdiyi sərt mesajında "hökumət tələbələrin zəhərlənməsi məsələsini ciddi şəkildə araşdırmalıdır" dediyi haqda məlumat verib.

"Bu, əfv edilməz bir cinayətdir. Bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır" - deyə, daha əvvəl zəhərlənmə sözündən istifadə etməyən Xameneyi əlavə edib.

Kütləvi xəstəliklərdən təsirlənən məktəbli qızların sayı artması və hökuməti tənqid edənlərin bununla bağlı atılan addımları şübhə altına almasından sonra ictimai narazılıqlar son vaxtlar etirazlara səbəb olub.

İran prezidenti İbrahim Rəisi bəzilərinin xəstəlik dalğası və hökumətin buna reaksiya verməməsinin 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra baş qaldıran hökumət əleyhinə etirazların önündə gedən tələbə və qadınlara qarşı qisas olduğunu iddia etməsi fonunda araşdırma aparılmasına göstəriş verib.

Kütləvi xəstəlik şübhəsi ilə bağlı ilk məlumat noyabr ayında 18 məktəbli qız ürəkbulanma, baş ağrısı, öskürək, tənəffüsdə çətinlik, ürək döyüntüsü, əllərində və ya ayaqlarında uyuşma və ağrı kimi simptomlardan şikayətlənərək xəstəxanaya aparıldığı zaman Qum şəhərindən verilib.

XS
SM
MD
LG