Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadan olan ingilis dili müəllimləri müzakirələr aparıb

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadan olan ingilis dili müəllimləri (Rəsmi foto, mənbə ABŞ səfirliyi)

Azərbaycanı təmsil edən 30 ingilis dili müəllimi Beynəlxalq Qafqaz Konfransında iştirak etmək üçün Gürcüstanın Tbilisi şəhərinə səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, ingilis dili müəllimləri Gürcüstan, Ukrayna və Moldovadan olan ingilis dili müəllimlərinə qoşularaq sinifdə yaradıcılıq və ünsiyyəti inkişaf etdirmək haqqında daha ətraflı bilgilər əldə edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ingilsi dili ilə bağlı müxtəlif layihələr həyata keçirir.

Səfirlik dekabrın 11-də Azərbaycanda İngilis Dili Sertifikatlaşdırma proqramını açıq elan edib. Proqrama Azərbaycanın ən yaxşı 100 ingilis dili müəllimi qatılacaq.

Dekabrın 14-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Gəncə şəhərində 6 orta məktəbin 50 şagirdinin ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ingilis dili proqramına seçildiyini bildirib.

"Proqram şagirdlərə kommunikativ tədris metodlarına əsaslanan, şagirdlərin danışıq və anlama bacarıqlarının artırılmasına diqqət yetirən yüksək keyfiyyətli ingilis dili tədrisi verəcək" , Qevara qeyd edib.