ABŞ-ın Mina Məsləhət Qrupu (MAG) təşkilatının regional direktoru Adam Komorovski Azərbaycanda səfərdədir.
ABŞ səfirliyinin məlumatına görə, ABŞ-ın müvəqqəti işlər vəkili Hugo Gevara Azərbaycanda səfərdə olan Adam Komorovski ilə görüşüb.
Səfirliyin məlumatında deyilir ki, ABŞ minalardan təmizləmə təşkilatlarının texniki potensialının yaradılması və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsi üçün Mina Məsləhət Qrupu (MAG) Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq edir.
"Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə qurmalarına imkan yaratmaqda mühüm rol oynayır,” səfirlik qeyd edir.