Ukraynalı uşaqlar üçün müharibə artıq oyun deyil

Ukraynanın Stoyanka kəndinin sakinləri - altı yaşlı Valentin və on iki yaşlı Andriy

Kyiv şəhərindən bir neçə kilometr aralıda yerləşən Stoyanka kəndində iki dost - on iki yaşlı Andriy və altı yaşlı Valentin üçün müharibə həmişə mövcuddur.

Kəndlərindəki bir çoxları kimi Andriy və Valentin də ailələri ilə birlikdə Ukrayna qüvvələri Stoyankanı rus tankları və ağır artilleriyasından müdafiə edərkən bunkerlərdə gizləniblər.

Bu, rusiyalılar nəhayət mart ayında geri çəkilənə qədər həftələrlə davam edib.

Yerli sakinlər evlərini və şəhərlərini bərpa etməyə başlayarkən, iki oğlan bir gün öz ölkələrini müdafiə edəcəkləri günə nəzər salırlar.

"Putin və onun "əsgərcikləri" bir daha bura ayaq basmamalıdırlar. Bizim ukraynalılar onları artıq məhv ediblər", Andriy deyib.

"Ukrayna üçün qələbə istəyirəm ki, bu, uzun müddət davam etsin. Ümid edirəm ki, Zelenski prezident olaraq qalacaq, o, dünyanın ən yaxşı prezidentidir. O, "bomba” prezidentdir. O, ən cəsur və ən "cool" prezidentdir".

Valentinlə birlikdə iki qonşu öz xəndəklərini qazıb, taxta minaatanlarını yerləşdirdilər və kəndlərini qorumaq üçün hazır olan bir qüllənin keşiyində dayandılar.

Ruslar getdikdən sonra iki oğlan böyüyəndə nə olmaq istədiklərini bilirlər.

"Böyüyəndə əsgər olmaq istəyirik. Hərbçi olacağıq", kənd mühasirədə olarkən rus əsgərlərini gördüyünü deyən Valentin bildirib.

Onların kəndini kəsən avtomobil yolu aprelin 18-də açılıb və paytaxt sakinlərinin rahat gediş-gəlişi təmin edilib.

Kyivə gedən maşınlar kəndlərinin yanından keçərkən, Valentin və Andriy orada qürurla müdafiə mövqeyindən hər kəsə əl yelləyirlər.

UNICEF-in Fövqəladə Hallar Proqramları üzrə direktoru Manuel Fonteyn aprelin ortalarında Ukraynaya səfər edib və müharibənin uşaqlar üçün “kabus” olduğunu deyib.

Fonteyn Ukrayna uşaqlarının təcili dəstəyə ehtiyacı olduğunu və müharibənin sülh yolu ilə həllinə layiq olduğunu bildirib.

UNICEF Təhlükəsizlik Şurasını uşaqların zərərdən qorunmasını və şiddətli döyüş bölgələrindən təhlükəsiz keçidini təmin etməyə çağırıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi bazar ertəsi (23 may) 257 uşağın ölümünü təsdiqləyib.