Ukrayna hökuməti əsir düşən və ölən rus əsgərlərinin kimliyini müəyyən etmək üçün üzün tanınması proqramından istifadə edir. Amerikanın Səsinin müxbiri bir proqram şirkətinin baş direktoru və Ukrayna milli polisinin rəsmisi ilə texnologiyanın müharibə səylərinə necə töhfə verdiyi barədə danışıb.
Müharibənin dumanında insanları müəyyən etmək olduqca kritikdir. Ölən və ya əsir düşmüş düşmən əsgəri. Biri talan edir, biri sərhəddi keçir. Müharibə cinayətləri sənədləşdirilir.
Ukrayna hökuməti ölkə Rusiya təcavüzünə qarşı mübarizəni davam etdirdiyi vaxt üz tanınması proqramının insanların şəxsiyyətini müəyyənləşdirməyə kömək etdiyini bildirir.
Ukraynanın dövlət qurumları bir neçə dəqiqə ərzində ölkədə ölən və sağ qalan rus əsgərlərini müəyyən etmək üçün ABŞ şirkəti tərəfindən bağışlanan proqram təminatından istifadə edir. Ukrayna Milli Polisinin informasiya və analitik təminat departamentinin rəhbəri Leonid Tımçenko:
"Ukrayna Milli Polisinin daxilində bizim ondan istifadə edən beşdən çox şöbəmiz var. Üzün tanınması; bu, hazırda istifadə etdiyimiz çox faydalı alətlərdən biridir və mükəmməl işləyir."
ABŞ-ın mübahisəli üztanıma proqram təminat şirkəti Clearview AI Ukrayna rəsmilərinə rus əsgərlərinin şəxsiyyətlərini yoxlamaq üçün milyardlarla üzdən ibarət məlumat bazasından istifadə etmə imkanı verib. Clearview Facebook kimi saytlar və digər ictimai vebsaytlardan, o cümlədən VKontakte və ya VK kimi Rusiyanın sosial media saytlarından şəkillər toplayır.
Clearview fotoşəkilləri necə əldə etdiyinə və proqram təminatından necə istifadə edildiyinə görə ABŞ-da mübahisələr doğurur. Son məhkəmə razılaşmasının bir hissəsi olaraq, Clearview proqram təminatını yalnız hüquq-mühafizə orqanlarına satmağa razı olub.
Ukraynada rəsmilər rus əsgərlərindən başlayaraq, əvvəlcə ölülərin şəxsiyyətini müəyyənləşdirmək üçün proqram təminatını sınaqdan keçiriblər.
"Onlarda ölən iki əsgərin fotoşəkili var idi, birində şəxsiyyət vəsiqəsi vardı, digərində isə yox. Və beləliklə, sadəcə üz fotosundan onu sistemdən keçirə bildilər. Üzündə bəzi zədələr olsa belə, indi ölən şəxsin sosial mediadakı onlayn profilini müəyyən edə bildilər."
Bəzi hallarda Ukrayna hökuməti ailələrini xəbərdar etmək üçün ölən rus əsgərlərinin fotolarını Rusiya sosial media platformalarında yerləşdirib.
"Müharibənin ilk ayında rus qohumları dedilər ki, yalan danışırsan, bizim oğlumuz sadəcə hansısa təlimlərdədir. O heç bir döyüş fəaliyyətində iştirak etmir, Ukraynada da deyil. Belə hallarda Clearview AI Rusiya xalqına, əsgərlərin yaxınlarına həqiqəti çatdırmaq üçün ən yaxşı həll yoludur."
Texnologiya tədqiqatçısı Stefani Heyr "Texnologiya neytral deyil" adlı yeni kitabın müəllifidir.
"Bu Clearview AI biznes modeli, bəlkə də bir onlayn foto albomda və ya sosial media hesablarınızda yerləşdirdiyiniz üz məlumatlarınızı çox fərqli bir məqsəd üçün götürür və onu hazırda müharibə teatrında istifadə olunan bir silaha çevirir."
Heyr kimi Clearview-in bir çox tənqidçiləri texnologiyanın daha güclü tənzimləmələrini müdafiə edir. Müharibənin çənginə düşənlər üçün üztanıma proqramı faydalı hesab olunur.