Accessibility links

Ukrayna daha sürətli silah tədarükünə çağırır


Ukrayna xarici işlər naziri Dmitro Kuleba çərşənbə axşamı başqa hökumətləri Ukraynanın Rusiya qüvvələrinə qarşı mübarizəsinə yardım etmək üçün daha çox silah göndərməyə çağırıb.

“Ukraynanın ehtiyac duyduğu bütün silahlara sahib olduğu qənaətinə gəlmək üçün hələ tezdir,” Kuleba çərşənbə axşamı Twitter-də yazıb. “Rusiyanın Donbasa hücumu amansız döyüş, İkinci Dünya Müharibəsindən sonra Avropa torpağında ən böyük döyüşdür. Mən tərəfdaşları silah və sursat, xüsusilə də MLRS, uzun mənzilli artilleriya, APC-lərin çatdırılmalarını sürətləndirməyə çağırıram,” o deyib.

Britaniyanın müdafiə naziri çərşənbə axşamı deyib ki, Rusiya qüvvələri Ukraynanın şərqində Donbas regionunda əməliyyatlarının şiddətini artırıblar və Severodonetsk daxil olmaqla bir neçə şəhəri mühasirə etməyə çalışırlar.

“Rusiyanın Severodonetski ələ keçirməsi ilə bütün Luhask Oblastı Rusiyanın işğalı altına keçəcək. Rusiyanın hazırda əsas hədəfi bu olsa da, bu əməliyyat Rusiyanın Donbası ələ keçirmək kampaniyasının sadəcə bir hissəsidir.”

Kulebanın daha çox hərbi dəstək çağırışı ABŞ müdafiə naziri Lloyd Austin təqribən 20 ölkənin Ukraynaya yeni təhlükəsizlik yardımı paketi göndərdiyini açıqlamasından bir gün sonraya təsadüf edib.

“Bir çox ölkə kritik ehtiyacın olduğu artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və başqa zirehli maşınlar ianə edir. Digər ölkələr isə Ukrayna qüvvələrinə təlim keçməyə və hərbi sistemlərini dəstəkləməyə dair yeni vədlər ediblər,” Austin Pentaqonda Ukrayna Müdafiə Əlaqə Qrupu ilə ikinci görüşdən sonra müxbirlərə deyib.

Danimarka Ukrayna qüvvələrini Harpun raketləri və raketatan qurğularla təmin edəcəyini deyib, Çex Respublikası ilə hücum helikopterləri, tanklar və raket sistemləri verib.

ABŞ-ın baş ordu zabiti, Birləşmiş Qərargah Rəislərinin sədri general Mark Millinin bildirdiyinə görə, bazar ertəsi keçirilən görüşdə virtual olaraq 47 ölkə iştirak edib. Yeni iştirakçılar arasında Avstriya, Kolumbiya və İrlandiya olub.

Qrupun növbəti iclası iyunun 15-də Brüsseldə keçiriləcək.

“Burada hər kəs bu müharibənin fəsadlarını başa düşür, və onlar Avropadan çox-çox uzaqlara yayılır,” Austin deyib.

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Yaponiya, Hindistan, Avstraliya liderləri ilə görüş zamanı onlara deyib ki, Ukrayna münaqişəsi “təkcə Avropa məsələsi deyil, bütün dünyanın məsələsidir.”

Bayden münaqişənin genişmiqyaslı fəsadlarını, o cümlədən qlobal ərzaq tədarükünə təsirinə istinad edərək, ABŞ-ın davamlı dəstəyini vəd edib və deyib ki, “nə qədər ki, Rusiya müharibəni davam etdirsə, Birləşmiş Ştatlar qlobal cavab vermək üçün tərəfdaşlarımızla işləyəcək, çünki bu, dünyanın bütün hissələrinə təsir edəcək.”

Finlandiyanın xarici işlər naziri Pekka Haavista deyib ki, Finladiya və İsveç Türkiyə rəsmiləri ilə NATO hərbi ittifaqa mürəciətləri ilə bağlı danışıqlar aparmaq üçün çərşənbə günü Ankaraya nümayəndə heyəti göndərir.

Türkiyə onların ittifaqa qoşulmalarına etirazını ifadə edib və İsveç və Finlandiyanı Kürdüstan Fəhlə Partiyası (PKK) silahlı qruplaşmasına və Türkiyənin 2016-cı ildə çevriliş cəhdini təşkil etməkdə ittiham etdiyi ABŞ-da yaşayan müsəlman din xadimi Fətullah Gülənin tərəfdarlarına sığınacaq verməkdə ittiham edir.

NATO-yə yeni üzvlər ittifaqın bütün hazırkı üzvləri tərəfindən təsdiq olunmalıdır.

XS
SM
MD
LG