Accessibility links

McDonald's və Starbucks da Rusiyadan gedir


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bir çox qlobal şirkətlər ölkəni tərk edib. Onların sırasına Starbucks və McDonald's kimi şirkətlər də əlavə olunub.

McDonald's restoranının ticarət nişanı olan "Qızıl tağlar" Moskvada artıq yığışdırılmağa başlayıb. Fast-food şirkətinin satış məntəqələrinin rebrendinqinin ilk mərhələsi şirkətin Rusiya bazarından çıxmaq planlarını açıqladıqdan bir neçə gün sonra başlayıb.

McDonald's şəbəkəsinin Rusiyadakı restoranları françayzinq əməliyyatını GiD MMC şirkəti vasitəsilə idarə edən Aleksandr Qovora satılacaq. McDonald's satışdan sonra 1,4 milyard dollara qədər nağdsız ödəniş alacağını bildirib.

McDonald's açıqlayıb ki, Qovor işçiləri ekvivalent şərtlərlə ən azı 2 il saxlayacaq və yaxın həftələrdə gözlənilən satışın baş tutmasına qədər Rusiyanın 45 regionunda işçilərin maaşlarını ödəyəcək.

Qovor 30 ildən artıq ölkədə fəaliyyət göstərən McDonald's Korporasiyasının Rusiyadakı restoranlarını hələ açıqlanmayan yeni adla rebrendinq edəcək.

Nəhəng qəhvə şirkəti Starbucks isə Rusiyadakı hüquqi qurum olan Siren Coffee-ni bağlayır və işçilərini yaxın bir neçə ay ərzində sərbəst buraxacaq.

Starbucks-ın Rusiyada biznesini ləğv etmək qərarı bazarı tərk edərək, keçən həftə yerli tərəfdaşlarına satış elan edən McDonald's və Renault da daxil olmaqla bəzi mövcud xarici şirkətlərin yanaşmasından fərqlidir.

Ukraynaya hərbi müdaxilənin başlamasından bəri yüzlərlə şirkət Rusiyada fəaliyyətini məhdudlaşdırıb.

XS
SM
MD
LG