ABŞ Avropa Komandanlığının nümayəndə heyəti Xəzərdə narkotrafiklə mübarizə məsələlərini müzakirə edəcək

ABŞ Avropa Komandanlığının nümayəndə heyəti

Mayın 18-də ABŞ Avropa Komandanlığının Qaçaqmalçılığa qarşı Birgə İdarəsi Mübarizə Mərkəzinin heyəti Bakıya səfər edib. Səfər Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi güdür.

Bu barədə ABŞ səfirliyinin Twitter hesabında məlumatda deyilir.

"ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı təbridlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur,", - məlumatda deyilir.

Nümayəndə heyətinin proqramı və Bakıdakı görüşləri barədə məlumat verilmir.