Azərbaycanda yaxın günlərdə qiymətlərin artacağı barədə sosial şəbəkələrdəv' mediada xəbərlər dolaşmaqdadır. Bəzi statuslarda hətta benzinin qiymətinin yenidən qalxacağı və 1 litr benzinin qiymətinin 1 manat olacağı barədə də yazırlar.
Bununla yanaşı Tarif Şurası qiymətlərin yenidən artırılacağı ilə bağlı xəbərləri təkzib edib.
Tarif Şurasından APA agentliyinə bildiriblər ki, Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir.
“Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir”, - deyə Tarif Şurasından bildirilib.
Qeyd edək ki, “musavat.com” saytı Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.
Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən) Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.
Xatırladaq ki, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.