Tarif Şurası Azərbaycan Dövlət Neft Şirkətinin müraciəti əsasında Aİ-95 benzinin pərakəndə satış qiymətini 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik təyin etdi və bununla da biz iqtisadçıların büdcə müzakirəsi başlayarkən xeyli əvvəl verdiyi proqnozlar təəssüf ki, özünü doğrultdu. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Facebook səhifəsində bildirib.
Ekspert hesab edir ki, neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir.
“Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökumət aksizləri, Əlavə Dəyər Vergisi (ƏDV) və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir. Odur ki, belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır”.
Qubad İbadoğlu hesab edir ki. bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiyməti artırılacaq.
“Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasına daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq. Tarif bahalaşmasının bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün 2 rəqəmli inflyasiya qaçılmazdır”, o qeyd edib.
Ekspertin fikrincə, Tarif Şurası "Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun prinsiplərinə və "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verib.
“Əslində 2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki, gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız bu artımla hökumət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur”.
İbadoğlu deyir ki. hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinini istifadə edən hər sürücü yalnız gündəlik cari məqsədlər üçün idarə etdiyi maşının mühərrikinin gücündən asılı olaraq ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinin istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar.
“Bu isə orta aylıq əmək haqqını 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökümət 2 ay bundan əvvəl 10 faizlik artımı artıqlaması ilə geri almağa başladı”.
Ekspert qiymət artımının risklərinin olduğunu da istisna etmir. “Görəsən ailə büdcəsində bu yöndə xərclərin kəskin artımı ilə qarşılaşan aztəminatlı əhalinin bütün bunlara reaksiyası necə olacaq?”, o sual edir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də Facebook səhifəsində qiymət artımına reaksiya verib.
“2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı Müsavat partiyası olaraq etiraz mitinqlərinə başladıq. Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı. Bu gün Milli Şuranın sessiyasında müzakirə edək, məncə dinc etiraz mitinqlərinə başlamaq lazımdır. İstənilən halda, son söz xalqındır!”, o qeyd edir.
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli hesab edir ki, bahalaşmaya getmək lazım deyildi.
“Maaşların az, sosial müavinətlərin aşağı səviyyədə olduğu vaxtda qiymət artımı yolverilməzdir”.
Onun fikrincə, bəzi ölkələr enerji daşıyıcılarını idxal etməsinə baxmayaraq onlarda qiymətlər bəzi hallarda Azərbaycandan aşağıdır.
“ABŞ-da qiymətlər Azərbaycandan aşağıdır. Halbuki bu ölkədə insanların gəlirləri Azərbaycanla müqayisəedilməz dərəcədə yüksəkdir”.
Həsənli həmçinin benzinin qiymətinin qalxmasının zəncirvari törəmə qiymət bahalaşmasına, bütün istehlak bazarının bahalaşmasına səbəb olacağını deyib.
“Bir sözlə bu bahalaşma birbaşa vətəndaşın cibinə kəsilən bahalaşmadır”, o qeyd edib.
Onu da qeyd edək ki, artıq istehlak bazarında və xidmətlərin qiymətlərində artım dekabrın 2-dən müşahidə edilir. Belə ki, ərzaq məhsullarının qiymətində bir neçə faiz, siqaretlərin qiymətlərində 10-20 qəpik artım var. Taksi xidmətləri də qalxıb.