Dekabrın 3-dən başlayaraq qiymət artımına etirazla bağlı prezident İlham Əliyevə ünvanlanan petisiya başlanıb. Bir gün ərzində 20 mindən çox insan petisiyanı imzalayıb. Hazırki anda orta hesabla hər 5 -10 saniyədə bir imza artır.
“Yanacağın qiymətinin qaldırılması yaxın gələcəkdə ərzaq məhsullarının da qiymətinin artmasına təkan verəcək. Bunu görmək istəmiriksə, hamı bir yerdə olmalı və vətəndaş fikrini söyləməlidir. Belə etsək, inanırıq ki, prezidentimiz bizi eşidəcək və dəstəkləyəcək”, deyə petisiyada deyilir.
İmzatoplama avaaz.org –ictimai petisiya saytında aparılır.
Xatırladaq ki, ölkədə neft məhsullarının, təbii qazın topdan satışı və s. qiymətlərin artırılması ilə əlaqədar sosial şəbəkələrdə etirazlar başlayıb.