“Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib”.
APA agentliyinin məlumatına görə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev deyib ki, yanacağın qiyməti qalxsa da, elektrik enerjisinin qiymətində artım gözlənilmir.
“Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur”.
Qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyən ASC prezidenti, belə hallara qarşı tədbirlər gördüklərini vurğulayıb.
Dekabrın 3-də Tarif şurası yanacağın qiymətinin qaldırılması barədə qərar verib.