Accessibility links

Xədicə İsmayılovaya qarşı məhkəmədə müəmma: Siz özünüzü bu sənəddə necə tanıyıbsınız [Video]


Elman Həsənov Xədicə İsmayılovaya qarşı iddialarını əsaslandıra bilmir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Elman Həsənov Xədicə İsmayılovaya qarşı iddialarını əsaslandıra bilmir

Jurnalist iddianın predmetinin olmadığını bildirib

Bu gün Bakının Binəqədi rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovaya qarşı proses davam edib. İddiaçı qismində çıxış edən keçmiş müxalifətçi Elman Türkoğlu (Həsənov) İsmayılovanın facebook-da onun xüsusi xidmət orqanları tərəfindən müxalifət daxilində təxribatçılıq fəaliyyəti məqsədilə cəlb edildiyi haqqında sənəd yaymaqla böhtan atdığını iddia edir.

Həsənov bildirir ki, bu, saxta sənəddir. Öz növbəsində, İsmayılova yaydığı sənəddə Həsənovun soyadının olmadığını və şəxslərlə bağlı olan məqamları sildiyini qeyd edir.

Məhkəmə iclasında Həsənov bildirib ki, bu ilin mart ayında İsmayılovanın dərc etdiyi mətnlə bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edib, amma cavab almayıb. Bu ilin sentyabrında İsmayılova Varşavada səfərdə olarkən o, yenidən MTN-ə müraciət edib, ona məhkəməyə müraciət etməyi təklif ediblər və sənədi oraya göndərməyi vəd ediblər.

Həsənov deyib ki, bu material hələ 2011-ci ildə facebook-da “Xilas” qrupunda yayılıb. Onun sözlərinə görə, bu sənədi həmçinin İsmayılova və jurnalist Natiq Ədilov da yayıb.

Bununla əlaqədar, vəkil Elton Quliyev Həsənova sual verib – 2011-ci ildə yayılan sənəddə “Elman Həsənbəyli”nin adı göstərildiyi halda, onun doğum tarixi isə iddiaçının doğum tarixi ilə üst-üstə düşmədiyi halda, o materialda özünü necə tanıyıb? Həsənov bu suala aydın cavab verə bilməyib.

Bundan sonra hakim növbəti iclasın oktyabrın 11-də keçiriləcəyini elan edib.

İsmayılova Amerikanın Səsinə özünə qarşı iddianı predmetsiz, onun vaxtını alan iddia adlandırıb. Onun fikrincə, bu iddianın sifarişçisi MTN-dir, iddiaçı isə ona qarşı hansı iddiaları olduğunu aydın şəkildə izah edə bilmir, belə ki, onun yaydığı variantda cəlb edilmiş casusun adı silinib.

Xatırladaq ki, bu mövzuda nəşrlər 2011-ci ildə facebook-da Mustafa Kozlu adlı istifadəçinin adından yayılıb.

XS
SM
MD
LG