Accessibility links

Vəkil: Xədicə İsmayılovaya qarşı cinayət işinə xitam verilməlidir


Xədicə İsmayıl
Xədicə İsmayıl

İyunun 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə diar İşlər üzrə İstintaq İdarəsi jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə istintaqın başa çatdığını elan edib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, iyunun 23-dən başlayaraq Xədicə İsmayılova və vəkillər ayrı-ayrılıqda cinayət işinin materilları ilə tanış olmağa başlayacaq.

Xədicə İsmayılovaya qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) itiham irəli sürülüb. Elə həmin gün Səbael rayon Məhkəməsində hakim Elşad Şamayev onun barəsində həbs qətimkan tədbiri seçib.

2015-c ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Bundan öncə isə jurnalistə qarşı Cinayət Məcəlləsinin 284.2 (dövlət sirrini yayma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Vəkilin sözlərinə görə, dövlət sirrini yayma maddəsi ilə ittihama xitam verilib və digər ittihamların hamısı qüvvədə saxlanılıb.

“Tural Mustafayev şikayətindən imtina etdiyini vətəzyiq nəticəsində ifadə verdsiyini media vasitəsi ilə dəfələrlə açıqlasa da istintaq hesab edir ki, buna məhkəmə hüquqi qiymət verməlidir”, Mehdiyev Amerikanın Səsinə bildirib.

Xədicə İsmayılova Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib. Çoxsaylı beynəlxalq təşkilatlar, bir sıra ölkələrin xarici işlər nazirlikləri, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Xədicə İsmayılovanı azadlığa buraxmağa çağırıb.

Jurnalist isə ittihamları siyasi sifariş hesab edir və peşə fəaliyyəti ilə əlaqələndirir.

“İstintaqın yekunları qeyri-obyektivdir, əsassız və qanunsuzdur. Hesab edirik ki, bütün ittihamlar üzrə cinayət işinə xitam verilməlidir”, vəkil Amerikanın Səsinə bildirib. Fəxrəddin Mehdiyev cinayət işinin materialları ilə tanış olduqca müdafiə tərəfinin əlavə vəsatətlər verəcəyini deyib.

XS
SM
MD
LG