Accessibility links

Yaxşı xəbər budur ki, insanlar Azərbaycan haqda danışır. Pis xəbər isə... [Video]


Amerikanın məşhur komediya ustası Con Oliver Avropa Oyunları haqda

Hər həftənin bazar günü efirə çıxan “Con Oliverlə ötən həftə bu axşam” satirik proqramında bu həftə Azərbaycan və ölkədə keçirilən Avropa Oyunlarına da yer verilib.

Amerikanın ən məşhur proqramlarından biri hesab edilən verilişin tanınmış aparıcısı Con Oliver bildirib ki, Azərbaycan bu həftə dünyanın diqqətini cəlb etmək üçün milyardlarla dollar xərcləyib:

“Bəli, Avropa Oyunları başladı və bu oyunlar haqqında ilk dəfə eşidirsinizsə, narahat olmayın. Çünki bu oyunlar əvvəl heç vaxt keçirilməyib".

Birinci Avropa Oyunlarının açılışı
Birinci Avropa Oyunlarının açılışı

Amerikanın Səsinin proqramın YouTube səhifəsindən əldə etdiyi məlumata görə, oyunlara daxil edilən idman növlərindən də danışan tanınmış aparıcı “kişilərin sinxron suya tullanması”, “çimərlik futbolu” və “qrup aerobikası” yarışlarını xüsusi vurğulayıb. Con Oliver Azərbaycanın indiyədək görülən ən gülməli rəsmi simvollarını yaratdığı və fotolarda onların Azərbaycanın “Cazibədar at və turp uşaq” adlı uşaq proqramından qaçqın olması təsəvvürü yaratdığını deyib.

“Məlumatlara görə, bu oyunlar Azərbaycana milyardlarla dollara başa gəlib və əsasən prezident İlham Əliyev tərəfindən ölkənin profilini yüksəltmək strategiyası kimi görünür. Onun üçün yaxşı xəbər budur ki, indi insanlar Azərbaycan haqda danışır. Pis xəbər isə onların dedikləridir,” deyə tanınmış komediya ustası bildirib.

Azərbaycanın diqqət mərkəzinə gəlmək istəməsi, kök aktyor Jerard Depardyenin yüksək detallı filmdə çəkilmək istəməsinə bənzəyir.

Bundan sonra proqramda Azərbaycan hökumətinin insan haqları və yüksək korrupsiya göstəriciləri barədə beynəlxalq mediada gedən tənqidlərə yer verilib. Con Oliverin fikrincə Azərbaycanın diqqət mərkəzinə gəlmək istəməsi, kök aktyor Jerard Depardyenin yüksək detallı filmdə çəkilmək istəməsinə bənzəyir.

Con Oliverin sözlərinə görə, gözlənildiyi kimi Azərbaycan ölkədəki rejimin necə repressiv olması məlumatların qarşısını almağa çalışıb və onlar bunu ən repressiv rejimin üsulu ilə edib. Belə ki, hökumət bir çox beynəlxalq medianın nümayəndələrini ölkəyə buraxmayıb, araşdırmaçı jurnalist Xədicə İsmayılovanı həbs edib.

Azərbaycan hökumətinə müraciət edən Con Oliver seqmenti bu fikirlərlə tamamlayıb: “Bax Azərbaycan, sən hər iki yolla gedə bilməzsən. Dünyaya “Məni görün, məni görün” qışqıra və sonra jurnalistlərlə pis rəftar edə bilməzsən”.

XS
SM
MD
LG