Mayın 27-i araşdırmaçı jurnalist Xədicə İsmayılın ad günüdür.
O, ilk dəfə olaraq ad gününü həbsxanada keçirəcək. Jurnalisti təbrik etməyə anası Elmira İsmayılova və yaxınları gəlib, Kürdəxanıda istintaq təcridxanası qarşısında növbə gözləyirlər.
Jurnalistin anası təcridxananın önündə Amerikanın Səsinə müsahibəsində qızının həbsini sakit qarşıladığını və Xədicə İsmayılın günahının olmadığını deyib.
Bəlkə bu gün mən onunla axır bir 10 il ərzində birinci dəfə ad gününü birlikdə keçirəcəyik. Amma, həbsxanada.
“Mən istərdim ki, birlikdə evdə ad gününü keçirək. Təəssüf ki, o, xoşlamırdı ad günlərini, heç vaxt evdə keçirmirdi. Həmişə başqa ölkəyə gedirdi. Uşaqlıqda keçirərdik. Bəlkə bu gün mən onunla axır bir 10 il ərzində birinci dəfə ad gününü birlikdə keçirəcəyik. Amma, həbsxanada...”
Elmira İsmayılova qızı üçün darıxdığını da gizlətməyib.
“Xədicə üçün çox darıxıram. Onun üçün ən böyük hədiyyəm isti ana qucağı və öpüşlərimdir. Qızımı qucaqlayıb öpməyimə də imkan vermirlər. Səni öpürəm Xədicə.”
Onun üçün ən böyük hədiyyəm isti ana qucağı və öpüşlərimdir. Qızımı qucaqlayıb öpməyimə də imkan vermirlər. Səni öpürəm Xədicə.
Qızına dəstək olduğunu deyən Elmira İsmayılova jurnalistin qorxmadan araşdırmalar etdiyinə görə burada gizlədildiyini vurğulayıb.
“Mən o qədər də həyacan keçirmirəm, mənim uşağım həbsxanadadı. Mənim uşağım pis şeyə görə həbsxanaya düşsəydi ola bilsin mən həyacan da keçirdərdim. Hirslənərdim. Mənim uşağım şəffafdı.”
Azərbaycan hökumətinə və beynəlxalq ictimaiyyətə sözünüz varmı? - sualının cavabında Elmira İsmayılova deyir:
“Mən onlara (Azərbaycan hökuməti-red) müraciət etmək istəmirəm. Uşağımı həbsxanada düzgünlük üstə gizlətdiklərinə görə mən onlardan nə xahiş edirəm, nə də söz demək istəmirəm."
Beynəlxalq ictimaiyyət isə çox sağ olsun. Onlar çox kömək edirlər Xədicəyə yazıları ilə”, Elmira İsmayılova qeyd edib.
Jurnalistin anası əlindəki Xədicə İsmayıl yazılan bilərziki göstərərk Amerikada NYU York universiteninin dekanının göndərdiyini deyib.
O, Xədicə İsmayılı qiymətləndirən bütün dünyanın jurnalistlərinə bir daha təşəkkürünü ifadə edib.
Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub.
Xədicə İsmayıl bunu absurd hesab edir və irəli sürülmüş ittihamlarla özünü təqsirli saymır.
Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunur. O guya ölüm həddinə çatdırdığı Tural Mustafayevin ərizəsi əsasında saxlanılıb. Lakin fevralın 13-də prokurorluq CM-in üç maddəsi -179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) yeni ittiham irəli sürüb.
Amnesty International təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.