Accessibility links

Amnesty İnternational Xədicə İsmayılı vicdan məhbusu elan edib


Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

“Amnesty International” AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalistXədicə İsmayılı vicdan məhbusu elan edib.

Hüquq müdafiə təşkilatı hesab edir ki, jurnalist siyasi motivlərlə saxlanıb.

Təşkilatın bəyanatında Azərbaycan hakimiyyətini Xədicə İsmayılı dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır. “Çünki o, vicdan məhbusudur və yalnız ifadə azadlığından yararlandığı üçün saxlanıb.BizAzərbaycanda ifadə azadlığı hüququna tam hörmət qoyulmasını, qorunmasının vacib sayırıq”, sənəddə qeyd edilir.

Qurum eyni zamanda hesab edir ki, jurnalistə qarşı ittiham siyasi motivlidir və onun jurnalist fəaliyyətini susdurmağa yönəlmiş son cəhddir.

“Xədicə İsmayıl öncə də araşdırmalarına görə təhdidlərlə üzləşib, hazırda ona qarşı defamasiya iddiası üzrə də cinayət işi var. Amnesty International Xədicə İsmayılı vicdan məhbusu hesab edir”, bəyanatda deyilir.

Amnesty International hakimiyyəti həmçinin vəkillərə qarşı intizam prosedurları ilə hüquq müdafiəçilərinin ədalətli məhkəmə hüququna zərbə vurmamağa çağırıb. Bu zaman jurnalistin vəkili Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırıldığını da xatırladır.

Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddin çatdırdığı Tural Mustafayevin şikayəti əsasında həbs edilib. Xədicə İsmayıl ittihamları təkzib edir və həbsini peşə fəaliyyəti ilə bağlı hesab edir. O dekabrın 5-də həbs edilib, Səbael rayon M\əhkəməsi barəsində iki ay həbs qətimkan tədbiri seçib.

Azərbaycan hakimiyyəti ölkədə insanların əqidəsinə və fikrinə görə həbs edilmədiyini bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu deyir. “Azərbaycanda siyasi məhbus yoxdur”, prezident İlhqam Əliyev dəfələrlə bəyan edib.

XS
SM
MD
LG