Accessibility links

ABŞ Dövlət Departamenti: Xədicə İsmayılovanın həbsindən olduqca narahatıq


“Biz Azərbaycan jurnalisti Xədicə İsmayılovanın həbsindən olduqca narahatıq. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk,” deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib.

“Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir.”

Cen Psaki rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb.

“Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər.”

Cen Psaki əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.

Dekabrın 5-də axşam saatlarında Səbayel rayon məhkəməsi jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hakimlər üç saatdan çox müşavirədə qalıb və yalnız bundan sonra qərarı elan ediblər.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb.

XS
SM
MD
LG