Accessibility links

ABŞ Helsinki Komissiyası bir daha Azərbaycan hökumətini vədlərinə əməl etməyə çağırır


 Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri
Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri

Bu barədə Senator Ben Cardin bəyanat verib

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı ABŞ-ın Helsinki Komissiyasının sədri Senator Ben Cardin bəyanat verib.http://www.csce.gov/index.cfm?FuseAction=ContentRecords.ViewDetail&ContentRecord_id=1170&ContentType=P&ContentRecordType=P

Bəyanatda deyilir:

“Xanım İsmayılovanın saxlanmasından dərin narahatlıq hissi keçirirəm. O, ölkədəki korrupsiyanı ifşa etdiyinə və siyasi məhbusları müdafiə etdiyinə görə Azərbaycan hökumətinin daimi təqibinə məruz qalıb. Ona əcaib ittihamlar irəli sürülüb və görünür ki, məqsəd Azərbaycanda qalan az sayda müstəqil səslərdən birini susdurmaqdır”.

“Xanım İsmayılova 2014-cü il noyabrın 19-da ABŞ Helsinki Komissiyasında ifadə verməliydi, ancaq başqa bir hüquqi işlə bağlı hökumətin qoyduğu səyahət qadağası üzündən gələ bilmədi. Xanım İsmayılovaya hazırkı “intihar həddinə çatdırma” ittihamı isə hakimiyyətin illərdir onu məruz qoyduğu qısnamanın dərinləşməsidir”.

Senator Ben Cardin daha sonra bildirir:

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü kimi Azərbaycan üzərinə insan haqlarına hörmət öhdəliyi götürüb. Buraya media azadlığı da daxildir. ABŞ Helsinki Komissiyası bir daha Azərbaycan hökumətini vədlərinə əməl etməyə çağırır. Xanım İsmayılova daxil olmaqla, bütün jurnalistlərə qarşı təqibə son qoysun”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG