Accessibility links

Xədicə İsmayıldan salamlar var


Xədicə İsmayıl
Xədicə İsmayıl

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan araşdırmaçı jurnalist Xədicə İsmayıl dekabrın 15-də jurnalist Şahvələd Çobanoğluna zəng edib. Bu barədə Çobanoğlu Amerikanın Səsinə bildirib.

“Salamları var. Leyla xanımın durumunu soruşdu. Qalan məhbuslarla və azadlıq adasının sakinləri ilə maraqlandı. Öz vəziyyətindən şikayət etmədi. Ovqatı yüksəkdir. Bizə haqq işimizdə uğurlar dilədi”, Çobanoğlu Xədicə İsmayılla telefon danışığı barədə deyib.

Dekabrın 5-də Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist ona qarşı ittihamı (özünüöldürmə həddinə çatdırma) rədd edir, həbsinin qanunsuz olduğunu bildirib.

Onun həbsi çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının, siyasi və ictimai xadimlərin narazılığı ilə qarşılanıb.

XS
SM
MD
LG