Accessibility links

Türkiyə Suriya nümayişçilərini dəstəklədiyini bildirib


Türkiyə Suriya nümayişçilərini dəstəklədiyini bildirib
Türkiyə Suriya nümayişçilərini dəstəklədiyini bildirib

Türkiyə prezidenti Abdulla Gül Suriya hökumətinin lazımi addımlar atmadığını və nümayişçilərə qarşı təzyiqlərini davam etdirdiyini deyib. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda Suriya rəhbərliyinə etimadını itirdiyini bəyan edib. Bazar günü televiziya müraciəti zamanı o, Dəməşqi ciddi tənqid edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Suriya nümayişçilərini dəstəklədiyini bildirib. O deyib ki, bizim dəstəyimiz xalqın istəyinə əsaslanacaq. Davutoğlu Suriyanın təhlkəsizlik qüvvələrinin zorakılıqlara son qoymağa çağırıb.Suriyanın müxalifət liderləri isə Türkiyənin lazımi dəsgək nümayiş etdirmədiyindən şikayətlənir. Baxmayaraq ki, İstanbul onların yığıncaqlarının daimi yerinə çevrilib.

Ankara Qərbin Suriyaya qarşı sanksiyalarının əleyhinə çıxış edərək, onların hökumətdən daha çox xalqa ziyan vurduğunu bildirir. Lakin Türkiyə nə Bəşar Əl-Əsədin istefasına, nə də ki, Səudiyyə Ərəbistanı və Tunis kimi səfirini geri çağırır.

XS
SM
MD
LG