Suriyalı fəallar bildirir ki, tanklarla müşayiət olunan təhlükəsizlik qüvvələri mərkəzi Həma şəhərinə daxil olublar. Burada onlar Bəşar əl-Əsədin hakimiyyətinə etiraz edən dissidentləri həbs etməyə başlayıblar.
Yüzlərlə əsgər şəhərin civarlarında saxlanılan avtobuslardan düşərək şəhərin əl-Qusur və əl-Həmidiyyə məhəllələrində axtarışlar aparıblar. Əsgərlər axtariş zamanı sakinlərdən nümayişlərdə iştirak etmiş adamların adlarını soruşublar.
Hökumət qüvvələri bu ayın əvvəlində şəhəri bir həftə mühasirədə saxladıqdan sonra geri çəkilmişdilər. Həma şəhəri cənab Əsədin hakimiyyətinə qarşı ən iri etiraz aksiyalarının keçirildiyi şəhər olub.