Suriya təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayiş keçirən insanlara atəş açaraq 13 nəfəri öldürüb. İnsan hüquqları fəalları hadisələrin Dəməşq ətrafında və Homs vialyətində baş verdiyini bildirib. Fəallar nümayişçilərin prezident Bəşar əl-Əsədin istefası çağıraraq, nümayişlərdə “alçalmaqdansa ölmək yaxşıdır” şüarlarının səsləndirildiyini bildiriblər. Yürüşlərdən biri Hama vilayətinin baş prokuroru Ədnan Bakkurun evinin qarşısında keçirilib. Bu həftə açıqlanan videoda Bakkurun hökumətin müxlif fikri susdurmasına etiraz olaraq istefa verdiyini dediyi nümayiş etdirilir. Suriya hökuməti Bakkurun yoxa çıxdığını və bu bəyanatı təzyiq altında verdiyini bildirib. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri cümə namazından sonra insanların küçələrə nümayiş keçirməməsi üçün məscidləri mühasirəyə alıb. Bu arada, Avropa İttifaqı Suriyadan nüft idxalını qadağan edib. Avropa İttifaqı addımın prezident Əsədin nümayişləri dağıtmasına görə ona təzyiqləri artırmaq məqsədilə atıldığını bəyan edib.
Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 13 nəfər həlak olub
- Amerikanın səsi