Accessibility links

Suriya və Ərəb Liqası bir sıra praktiki addımlar barədə razılıq əldə edib


Suriya və Ərəb Liqası bir sıra praktiki addımlar barədə razılıq əldə edib
Suriya və Ərəb Liqası bir sıra praktiki addımlar barədə razılıq əldə edib

Suriya prezidenti Bəşar Əl-Əsəd və Ərəb Liqasının rəhbəri Nabil Ələrəbi Dəməşq müzakirəli zamanı bir sıra praktiki addımlar barədə razılıq əldə edib. Suriyanın dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə,Ələrəbi Suriyanın daxili işlərinə hər bir xarici müdaxilənin əleyhinə olduğunu deyib. Görüş Suriyanın da üzvü olduğu Ərəb Liqasının iki həftə əvvəl nümayişçilərə qarşı zorakılqların dayandırılması çağırışından sonra keçiirlir.

Eyni zamanda fəallar Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən bu gün 6 adamın öldürüldüyünü bildirib. Beş nəfərin Homs şəhərində, birinin isə İdbil vilayətində öldürüldüyü xəbər verilir. BMT-nin təxminlərinə görə, mart ayından baş qaldıran iğtişaşlar 2200 adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG