Suriyanın SANA dövlət xəbər agentliyinin bildirdiyinə görə, ölkənin cənubunda bir qrup silahlının təhlükəsizlik qüvvələrinə hücumu zamanı 5 nəfər ölmüş, 17 nəfər yaralanmışdır. Agentlik ölüm hallarının bu gün, paytaxt Dəməşqdən 100 km məsafədəki Dəra vilayətindəki hərbi konvoya hücum zamanı baş verdiyini bildirir. Dərada prezident Bəşar Əl-Əssədə qarşı etirazlar mart ayında, 15 yeniyetmənin divarlarda hökumətə qarşı qrafitilər yazdıqlarına görə həbs olunmalarından sonra başlayıb.
.