Accessibility links

BMT-nin baş katibi İsraillə Türkiyə arasında münasibətlərin normallaşacağına ümid bəslədiyini bildirib

BMT-nin baş katibi Ankaranın İsrail səfirini ölkədən çıxarması və hərbi əməliyyatlar dair bütün razılıqları dondurmasından sonra İsraillə Türkiyə arasında münasibətlərin normallaşacağına ümid bəslədiyini bildirib.

Bu gün müxbirlələr danışan Ban Ki Mun hər iki ölkənin region və Yaxın Şərq sülh prosesindəki mühümlüyünü önə çəkib.

Ötən il Qəzzə zolağında israillilərin Türkiyə gəmisində keçirdikləri reyd haqda BMT-nin hesabatının detalları müəyyən olduqdan sonra Türkiyə İsrailin Ankaradakı səfirini ölkədən xaric edib və iki ölkə arasında bütün hərbi razılıqları dayandırıb.

Türkiyə Xarici işlər naziri Əhməd Davutoğlu bu gün deyib ki, onun ölkəsi İsraildəki diplomatik mövcudluğu ikinci katib səviyyəsinə qədər məhdudlaşdırıb.

XS
SM
MD
LG