Accessibility links

Türkiyə İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb


Türkiyə İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb
Türkiyə İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb

Ötən il Qəzzə zolağında israillilərin Türkiyə gəmisində keçirdikləri reyd haqda BMT-nin hesabatının detalları müəyyən olduqdan sonra Türkiyə İsrailin Ankaradakı səfirini ölkədən xaric edib və iki ölkə arasında bütün hərbi razılıqları dayandırıb.

Türkiyə Xarici işlər naziri Əhməd Davutoğlu bu gün deyib ki, onun ölkəsi İsraildəki diplomatik mövcudluğu ikinci katib səviyyəsinə qədər məhdudlaşdırıb.

Bu qərar BMT-nin internetdə çıxan hesabatının New York Times qəzeti tərəfindən yayılmasından bir gün sonraya təsadüf edib.Hesabat haqda qəzetdə dərc olunmuş məqalədə deyilir ki, BMT heyəti İsrailin Qəzza zolağını dənizdən blokadada saxlamasını qanuni hesab edir. Lakin İsrail hökuməti blokadanı pozmağa cəhd edən türk gəmisinin qarşısını almaq üçün ifrat və gərəksiz səviyədə hərbi gücdən istifadə edib.

XS
SM
MD
LG