Accessibility links

Təhlükəsizlik və müdafiə sektorunda itkilər: 43 ölüm, 59 xəsarət


Əsgər ölümünə etiraz aksiyası
Əsgər ölümünə etiraz aksiyası

43 ölümdən 8-i döyüş, 35-i qeyri-döyüş itkiləridir

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM ) bu ilin ötən 5 ayı ərzində təhlükəsizlik və müdafiə sektorunda itkilərin və xəsarət alanların ümumi sayının 102 nəfər olduğunu bildirir.

Bunların 43 nəfəri həyatını itirib, 59 nəfəri yaralanıb.

Mərkəz 43 ölümdən 8-nin döyüş, 35-nin qeyri-döyüş itkiləri olduğunu bildirir. Qeyri-döyüş itkiləri sırasında 9 ölüm intihar, 8 ölüm avtoqəza, 5 ölüm bədbəxt hadisə, 4 ölüm qeyri-nizamnamə münasibətləri, 3 ölüm xəstəlik, 3 ölüm vertolyot qəzası, 2 ölüm naməlum səbəblərlə, 1 ölüm ehtiyatsızlıqla bağlıdır.

Dünyasını dəyişənlərin 33-ü müdafiə nazirliyinin, 7-si daxili qoşunların, qalan 3 ölümün hər biri 1 nəfər olmaqla sərhəd, xüsusi mühafizə, fövqəladə hallar nazirliyinin hərbi qulluqçularıdır.

Qeydə alınan 59 xəsarətə gəlincə, bunun 31-i avtoqəza, 9-u qeyri-nizamnamə münasibətləri, 7-si erməni gülləsi, 4-ü intihara cəhd, 4-ü bədbəxt hadisə, 3-ü mülki şəxslərlə dava, 1-i mina partlaması ilə bağlıdır.

Xəsarət alanlardan 36 nəfəri müdafiə nazirliyinin, 18 nəfər daxili qoşunların, 5 nəfəri sərhəd xidmətinin hərbi qulluqçularıdır.
XS
SM
MD
LG