Accessibility links

Suriyada etirazların davam etdiyi bir zamanda ölkə başçısı Hamanın valisini işdən kənarlaşdırıb


Suriyada etirazların davam etdiyi bir zamanda ölkə başçısı Hamanın valisini işdən kənarlaşdırıb
Suriyada etirazların davam etdiyi bir zamanda ölkə başçısı Hamanın valisini işdən kənarlaşdırıb

Suriyada etirazların davam etdiyi bir zamanda ölkə başçısı Hama diyarının valisini işdən kənarlaşdırıb. Suriyanın dövlətin nəzarətindəki mediası bu barədə məlumat versə də qərarın səbəbini açıqlamayıb.Dünən Hamada onminlərlə insanın iştirakı ilə etiraz nümayişi keçirilib və etirazçılar prezident Əsədin istefasını tələb ediblər

Cümə günü Suriyada Türkiyə sərhəddi yaxınlığında, ölkənin mərkəzində yerləşən şəhərlərdə və paytaxtın bəzi hissələrində etiraz nümayişləri keçirilib, aksiyalar zamanı təhlükəsizlik qüvvələri 14 adamı qətlə yetirib. İnsan hüquqları qrupları deyirlər ki, Mart ayının ortalarından indiyə qədər Suriyada 1400-dən çox silahsız, dinc nümayişçi təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Suriyada fəallar deyir ki, ölkədə prezident Bəşər Əl-Əsəd rejimi küçələrə çıxan onminlərlə nümayişçiyə qarşı zorakılıqlarını davam etdirir.

Dünən habelə ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Suriya hökumətinin vaxtı qurtarır. Xanım Klinton bu sözləri Litva paytaxtı Vilnüsdə keçirilən “Demokratiya icmaları” konfransında deyib. Onun sözlərinə görə, hökumətlər əməldə islahatlar aparmalı və ya artan müqavimətlə hesablaşmalıdırlar. Klinton həmçinin deyib ki, cənab Əsədin bu həftənin əvvəli yalnız bir dəfə müxalifətlə danışıqlar aparmaq səyi yetərli deyil.

XS
SM
MD
LG