Accessibility links

Suriya heç bir xarici qüvvənin daxili işlərinə müdaxiləsinə yol verməyəcəyini deyib


Suriya heç bir xarici qüvvənin daxili işlərinə müdaxiləsinə yol verməyəcəyini deyib
Suriya heç bir xarici qüvvənin daxili işlərinə müdaxiləsinə yol verməyəcəyini deyib

Suriya Avropa Birliyinin ona qarşı irəli sürdüyü sanksiyaların müharibəyə bərabər olduğunu və heç bir xarici qüvvənin onun daxili işlərinə qarışmasına yol verməyəcəyini deyib. Ölkənin xarici işlər naziri Valid Əl-Müəllim bu gün Dəməşqdə etdiyi çıxışı zamanı deyib ki, Avropa Birliyinin onun ölkəsinə qarşı hərbi əməliyyatları ərəb dünyasında xaos və qarşıdurmaya səbəb olacaq. Nazir Avropa Birliyinin sanksiyalarını rədd edərək, “xəritədə Avropanın unudulacağını” deyib. Nazir Hizbulla qrupu və İranın Suriya prezidenti Bəşər Əl-Əsədə ölkədə baş verənlərə görə yardım etdikləri barədə deyilənləri də rədd edib.

XS
SM
MD
LG