Bu gün Suriya boyu prezident Bəşar Əl-Əssədin istefasını tələb edən nümayişlərdə minlərlə insanın iştirak etdiyi bildirilir. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə hücumu zamanı azı 11 nəfərin öldüyü deyilir.
Bu arada isə Türkiyə Suriya hərbi qüvvələrinin hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün regiona hücumundan sonra dünən Suriyadan daha 1500 qaçqının sərhədi keçdiyini bildirib. Türkiyənin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Suriya ilə sərhəd yaxınlığında qurulmuş qaçqın düşərgəsində artıq 11700 suriyalı var.
Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton sərhəddə vəziyyətin narahatedici olduğunu deyib və Suriyanı qoşunları geri çəkməyə çağırıb.