Accessibility links

Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb


Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb
Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb

Almaniya xarici işlər naziri qeyd edib ki, Türkiyənin ətrafındakı regionlar “tarixi dəyişikliklərdən keçirlər” və bu da Türkiyə ilə onun üzvlük müraciəti barədə danışıqlara başlamaq üçün “zəruri bir səbəbdir.”

Amerikanın səsinin türkcə redaksiyanın məlumatına əsasən Liberal FDP partiyasından Almaniyanın hazır ki, koalisiya hökümətinin xarici işlər naziri olan Gudo Vestervel Liviyaya bir günlük səfərindən sonra gəldiyi İstanbulda Türkiyə XİN-nin başçısı Əhməd Davudoğlu ilə işçi görüşündə Türkiyəli həmkarı ilə Liviya və Suriyadakı inkişaflar, Türkiyə Böyük Millət Məjlisində (TBBM) durum və ölkənin Avropa Birliyinə üzvlük prosesi məsələlərini müzakirə etdi. O Türkiyənin Ərəb aləmindəki və Yaxın Şərqdəki məsələlərin həllində açar ölkə olduğunu vurğuladı.

Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb
Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb

Misirdə başlayan hadisələrlə regionun çalxantılı bir dövrdən keçməkə olduğunu söyləyən Almanıya XİN-nin başçısı Almaniya və Türkiyənin regiondakı məsələlərin həll yolları sahəsində eyni görüşə malik olduqlarını və çox sıx əməkdaşlıq etdiklərini söylədi. O İranın nüvə proqramı məsələsi və Dəməşk hökuməti üzərində təzyiqlərin artırılması eləcədə BMT Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar nəzərdə tutduğu qətnamə layihəsi üzərində də iki ölkənin mövqeylərinin üst üstə düşdüyünü qeyd etdi.

Bu il ikinci dəfə Türkiyəyə gələn Vestervel bu ölkənin strateji və iqtisadi cəhətdən Avropa üçün çox mühüm bir şərik olduğunu vurğuladı və Türkiyənin götürdüyü xətddin Avropa istiqamətində davam etməsi arzusunu bildirdi.

Türkiyənin xarici işlər naziri Davudoğlu da Türkiyənin qısa zamanda Avropa ilə inteqrasiyanı arzu etdiyini ancaq viza kimi çoxlu məsələlərdə fərqli standartların tətbiqindən narahatlığını bildirdi. Davud oğlu Vestervellin Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəsdək olmasını vurğuladı.

Fransa ilə bərabər Türkiyənin birliyyə üzvlüyünə ən çox qarşı çıxan Almaniyanın rəsmisi öz baxışındakı dəyişikliyi regiondakı üsyanların zəruri vəziyyətə gətirdiyini deyib. Almaniyanın xarici işlər naziri Gudo Vestervel dünən İstanbulda təşkil etdiyi mətbuat konfransında bildirib ki, bir neçə ölkə xalqının repressiv rejimlərə qarşı xalq üsyanı həyata keçirdikləri bir regionda Türkiyə straateji əhəmmiyyətə malikdir. Vestervel qeyd edib ki, Türkiyənin ətrafındakı regionlar “tarixi dəyişikliklərdən keçirlər” və bu da Türkiyə ilə onun üzvlük müraciəti barədə danışıqlara başlamaq üçün “zəruri bir səbəbdir.” Almaniyanın xarici işlər naziri bu sözləri türkiyəli həmkarı Əhməd Davudla bir yerdə ikən deyib.

Vestervellin Türkiyənin üzvlük prosesini himayə mahiyyətindəki çıxışları Almaniyanın koalisiya hökuməti daxilində gərginliyə səbəb olub. Türkiyənin üzvlüyünün əleyhinə olan Birlik Partiyaları adlanan partiyalar qrupu Vestervelin Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində hökumət adından danışa bilməyəcəyini deyiblər. Almaniyanın Xristian Sosial Birlik Partiyası, Türkiyədə keçirilən son seçkilərdən sonra ölkədə din amilinin daha da gücləndiyini irəli sürərək Türkiyə ilə üzlük danışıqlarınının dayandırılmasını tələb etmişdi.

Vestervel Türkiəyə səfərinin ikinci günündə Heybəli Adada yerləşən və hazırda bağlı olan xristian məktəbində də olmuş və Avropa Birliyi yolundakı Türkiyənin, çox dinlilik və din azadlığı məsələlərinə əhəmmiyyət verməsinin lazım gəldiyini demişdir.

Türkiyə 2005-ci ildə Avropa Birliyi ilə üzvlük danışıqlarına başlasa da, Fransa və Almaniyanın əhalininin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Türkiyənin üzvlüyü əleyhinə çıxışları danışıqlar prosesini olduqca yavaşladıb.

Avropa Birliyi Türkiyənin limanlarını Yunan Kiprinin gəmilərinə açması məqsədi ilə bu ölkəyə təzyiq göstərmək üçün, uzun vaxt aparan üzvlüyə qəbul prosesində əsas yeddi sahədə danışıqları dondurma qərarına gəlmişdi.

Bu arada Almaniya XİN- Başçısının müvini Voyner Hoyer Berlindəki açıqlamasında TBMM-dəki and içmə böhranının həll edilməsinin zəruriyyəti məsələsini qaldırmış, əks təqdirdə yaranmş vəziyyətin Türkiyə parlamentinin legitimliyinə zərər vura biləcəyini deyib.

Türkiyə beynəlxalq icma tərəfindən rəsmi Kipr dövləti olaraq qəbul olunmuş Yunan Kiprini tanımır və adanın türk və kipr icmalarını 36 ildir ki, ayıran konfliktdə Şimaldakı Türk Kiprini dəsdəkləyir. Kiprdə türk və yunan icmalarının nümayəndələri arasında 2008-ci ildə başlayan uzlaşma danışıqlarından indiyə qədər bir nəticə əldə edilə bilməyib.

XS
SM
MD
LG