Accessibility links

Suriya ordusu Türkiyə sərhədinə yaxın kəndi talan edib


Suriya ordusu Türkiyə sərhədinə yaxın kəndi talan edib
Suriya ordusu Türkiyə sərhədinə yaxın kəndi talan edib

Suriya ordusu hökumət əleyhinə nümayişlərin hərbi yolla dağıdılmasından qorxub qaçan insanlara yardım göstərilən kəndi talan edib. Qaçqınlar və insan hüquqları fəallarının bildirdiyinə görə, əsgərlər Türkiyə sərhədinə yaxın yerləşən Bdama kəndində taxıl anbarları və evləri yandırlb və kənddə yeganə çörək zavodunu bağlayıblar. Onların sözlərinə əsasən, əsgərlər adamların Türkiyəyə qaçmasına imkan verməmək üçün yoxlama məntəqələri yaradır. Türkiyə Suriyadan artıq 10 mindən çox qaçqına sığınacaq verib. Türkiyə Suriya tərəfdə sərhəddə çadır salan insanlara ərzaq çatdırıldığını bildirir.

XS
SM
MD
LG